gundem / Cəmiyyət
5.11.2024, 16:30
Körpəlikdə oynanan oyunların faydaları nələrdir?
Müasir dövrdə analar övladları ilə daha çox vaxt keçirməyə maraqlıdırlar. Çünki uşağın beyin və dil qabiliyyətinin inkişafı üçün dialoq əsas amilə çevrilib. Azyaşlıları telefon, planşet və.s kimi texnologiya vasitələrindən uzaq tutmaq olduqca çətin olduğu üçün valideyn onları fərqli oyunlara tabe tutmağa çalışır. Bəzən isə bu oyunlar uşağın yaşına və.s uyğun olmur.
Övladlarımıza oyuncaq seçərkən nələri nəzərə almalıyıq?
Məsələ ilə bağlı psixoloq Günel Nəcəfova Demokrat.az-ın sualını cavablandırıb:
"Oyunlar uşaqların həyatında mühüm rol oynayır. Oyuncaqlar uşaqların beyin inkişafına təkan verən amillərdəndir. Uşaqlarla oyun oynamağın xüsusi yaşı yoxdur. Çünki oyuncaqlar onların hər yaşda inkişafları üçün nəzərdə tutularaq hazırlanır".
Psixoloq bildirib ki, körpəliyin ilk dövrlərində əsasən motorikanın və dilin inkişafı üçün oyunlar böyük rol oynayır:
“İlk aylarda səsli, onlara ziyan verməyəcək yumşaq oyuncaqlarla oyunlar oynamaq olar. Əsas 1-3 yaş arası uşaqlarda zəka oyunları onların gələcəkdə kiçik motorikalarının inkişafında mühüm yer tutur. Oyunlar körpələrin emosional dünyası üçün də vacibdir. Bu zaman onlar sevinir, dostluq, empatiya, güvən hissini öyrənir".