Quba İH “xərcə düşüb” – Səbəb

Quba rayon İcra Hakimiyyəti şəhərdə yaşıllaşdırma işlərini həyata keçirmək üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb.

"DogruXeber.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, “Star Təmir Conctruction” MMC ilə bu məqsədlə satınalma müqaviləsi imzalayıb.

Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərə görə, 247.776,4 manat pul ayırıb.

Həmin məlumatlara görə, dövlət qurumu 1900 kvadrat metr ərazidə bu işləri həyata keçirəcək. Bu məqsədlə 7500 ədəd ağacın əkilməsi nəzərdə tutulub. Onların arasında limon ağacları da olacaq. Paralel olaraq, İcra Hakimiyyəti ağac əkiləcək ərazinin zibillərinin əllə təmizlənməsini də reallaşdıracaq.

Tribunainfo.az xəbər verir ki, “Star Təmir Conctruction” yeni şirkət olsa da, bir çox tenderlərdə qalib olub. Məsələn, şirkət iki il öncə Laçın İcra Hakimiyyətinin sifarişini yerinə yetirib. 50 min manatlıq işin müqabilində Ağcabədidəki Laçın qəsəbəsinə asfalt yol çəkib.

Analoji proses Göygöl Rayon İcra Hakimiyyəti ilə də baş tutub. Bu zaman sözügedən MMC İcra Hakimiyyəti ilə “Göygöl şəhərində yolların əsaslı təmiri işləri”nə görə 829.075,32 manatlıq müqavilə bağlayıb.

Bildirək ki, “STAR TƏMİR CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi Zaur Əsgərov Marif oğludur. Şirkətin nizamnamə kapitalı isə cəmi 20 manatdır.


Oxunub: 145

Son xəbərlər

Bu tərəvəzdən bol-bol yeyin: İki dərddən AZAD OLACAQSINIZ

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

Naxçıvan Sənaye Parkı yaradıldı

İstifadə müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək

Rusiyanın Paşinyana cavabı gecikmədi

Sabah hava necə olacaq?

Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

Gətirən də peşmandır, aparan da... -Sahibkarların kütləvi həbsi nədən xəbər verir?

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Bütün xəbərlər