Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"

DogruXeber.az: - Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək. Dəyişikliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Qanuna dəyişiklik edilir, lakin bunun mexanizmi necə işləyir? Cərimələr artırılsa da, hələ də ətrafa zibil atanlar, dayanacaqlarda siqaret çəkənlər öz ampulalarındadırlar.

Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev isə Pravda.az-a açıqlamasında deyib ki, qanun yeni qəbul edilib, müəyyən qədər mexanizmi də təkmilləşəcək, nəzarət də artacaq: “Bu, "Quran" ayəsi deyil ki, bütün müsəlmanlar üçün eyni olsun. Qanundur. Sadəcə, müəyyən vaxt lazımdır. Əsas budur, insan şüurunda həkk olunub qalsın ki, zibili maşından, yaxud dayandığın yerdə zibil atmaq olmaz. Siqaret çəkmək yerləri ilə siqaretin kötüyünü atma ayrı-ayrı qanunlardır. Təxminən, 4-5 il əvvəl siqaret çəkməklə əlaqədar qanun qəbul etmişik. Hələ pandemiyaqabağı qəbul olunmuşdu. Bu, başqadır. Yəni siqareti zibil kimi atmaqdan söhbət getmir. Bu, ekologiya üçün pisdir, şəhərin görkəminə də xələl gətirir. Qanunun işləməsi üçün vaxt lazımdır. Düşünürəm, 3-6 ayın içində insanlarda artıq vərdiş yaranacaq. Diqqətli olmalıdırlar. Hər yerdə qanunla zibil qabları qoyulmalıdır. Siz insanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur. Belə halda şəhərin aidiyyəti strukturları cərimə olunmalıdır. Bunu da nəzərə almaq lazımdır. Özüm siqaret çəkirəm. Dəfələrlə olub, 200-300 metr gedirəm, görürəm ki, bir dənə də zibil qabı yoxdur. Məcbur olmuşam bu yoldan o yola keçib, yüz metr də o tərəfə gedib, zibil qabı tapıb ora atmışam. Bütün restoranlar, kafe və dükanların ətraflarında zibil qabları olmalıdır. Bəs insanlar zibili hara atsınlar? Əlbəttə ki, yerə atacaqlar, yaxud maşına qoyub, maşından da küçəyə atacaqlar. Məmurlar da məsuliyyət daşıyırlar. İnfrastruktur yaratmalıdırlar”.


Oxunub: 118

Son xəbərlər

Sabah hava necə olacaq?

Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

Gətirən də peşmandır, aparan da... -Sahibkarların kütləvi həbsi nədən xəbər verir?

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Azərbaycanda bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək

Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq

Buna görə 9000 manatadək cərimə tətbiq olunacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Meyvə və tərəvəzləri yeməmək hansı nəticələrə səbəb olur?

Bütün xəbərlər