gundem / siyaset / hadise / Cəmiyyət
7.11.2024, 16:15
Avropa İttifaqı missiyasından Azərbaycana qarşı təxribat
Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.
"DogruXeber.az" xəbər verir ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus bir ədəd "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.
Qeyd edək ki, onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.