Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Birinci Qarabağ müharibəsi dövründə bir milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, xalqımız soyqırıma məruz qalıb, minlərlə vətəndaşımız həyatını itirib, infrastruktur, o cümlədən yollar, elektrik şəbəkələri, su təchizatı sistemləri dağıdılıb. Həmçinin, mədəni irsimiz, tarixi abidələr, məscidlər və digər mədəniyyət nümunələri məhv edilib. İşğal dövründə təbii sərvətlərimizin talan edilməsi, bu bölgə iqtisadi fəaliyyətlərin dayandırılması, kənd təsərrüfatının, turizmin və digər sahələrin tənəzzülü nəticəsində Azərbaycana ciddi ziyan dəyib. Flora və faunanın məhv edilməsi, meşələrin qırılması, su ehtiyyatlarının çirkləndirilməsi ekoloji tarazlığın pozulması kimi problemin meydana gəlməsinə səbəb olub.

30 illik işğal dövründə Azərbaycan dövləti münaqişəni beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həll etməyə çalışsa da, ermənilər öz havadarlarından aldıqları dəstək və tapşırıqlarla atəşkəs dövründə dəfələrlə təxribatlara əl atmış, müxtəlif vaxtlarda keçmiş təmas xəttindən hücumlar təşkil etmiş, işğal etdikləri əraziləri daha da genişləndirmək xülyasına düşüblər. Lakin dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan dünya arenasında söz sahibi olan güclü dövlətə çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə ağır zərbələr vurdu.
Müharibə müddətində Azərbaycan xalqı, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək milli birliyə töhfə verdilər. Sosial media və digər kommunikasiya vasitələri ilə cəmiyyətin müxtəlif təbəqələri informasiya müharibəsinə qoşularaq həqiqətləri, xüsusilə Gəncə, Bərdə, Mingəçevir və digər mülki yaşayış məntəqələrinə etdikləri raket hücumlarını təhrif edərək öz xeyirlərinə dünya ictimaiyyətinə sıramağa çalışan düşmənlərə operativ və tutarlı cavablar verdilər. Xalqımız döyüşçülərimizi, cəbhəyə könüllü olaraq gedən gəncləri dəstəklədilər və onlara maddi, mənəvi yardım göstərildi. Vətən uğrunda canlarından keçən şəhidlərin son mənzilə yola salınma mərasimlərində müşahidə olunan insan izdihamı xalqın onlara necə hörmət və izzətlə yanaşdığının sübutu oldu.

Bütün atdığı addımlarda öz xalqına arxalanan cənab İlham Əliyev hərbi-siyasi arenada yüksək peşəkarlığı nəticəsində 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları ilə münaqişəyə son qoydu. Bütün dünya xalq-ordu-iqtidar birliyi nəticəsində öz suverenliyinə qovuşan Azərbaycanın qazandığı tarixi Zəfərə şahid oldu.

İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri


Oxunub: 361

Son xəbərlər

Daha 2 məktəb direktoru cəzalandırıldı

Yeni Günəşlidə yolu kim dağıdıb – “Parla Residence”, yoxsa “Golden Rose”?/FOTOLAR

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Nigar Rəhimova qazini polisə verdi -SƏBƏB

Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Avstriyanın Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı münasibətilə təbrik edib

Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Bu cərimələr 10 gün ərzində ödənilərsə, güzəşt tətbiq ediləcək

İntiqam Babayevin yerinə yeni TƏYİNAT

DGK-nın “Azərterminalkompleks” Birliyinin 66 minlik tenderi baş tutmadı

“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadır?

İcra başçıları nə qədər maaş alır? - SİYAHI

Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək artırılır

Məhkəmə Ermənistana casusluqda ittiham olunan şəxsə ağır cəza verdi

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik

Bu şəxslər məsuliyyətə cəlb olunmayacaq

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları -İstehlakçılar necə aldadılır?

“Azərbaycanda Yeni Kəbə inşa edilsin” - Deputat

Bu 3 içki Alzheimer riskini artırır

İrandan gələn bu ərzaq məhsulları bahalaşacaq

Azərbaycanla Türkmənistan arasında dəhliz: Nazir açıqladı

Bu yol bağlıdır - Sürücülərin nəzərinə!

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı tələb dəyişdi

Kim daha çox məşq etməlidir: Qadınlar, yoxsa kişilər?

İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət etdi

Ən təhlükəli vulkan püskürə bilər - Turistlərə xəbərdarlıq

Bütün xəbərlər