gundem / Cəmiyyət
7.11.2024, 10:30
Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək
"Bakı yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
"DogruXeber.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yığıncaq dekabrın 25-nə təyin olunub.
Gündəliyə icra orqanının – ASC sədrinin seçilməsi, ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi və digər məsələlər daxil edilib.
Qeyd edək ki, "Bakı yoltikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir. Şirkət Bakıda yerləşir.