“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

Ölkənin ən sərfəli mobil operatoru “Nar” ölkəmizə gələn turistlərin ünsiyyət ehtiyaclarını nəzərə alaraq, “TouristSIM” tariflərini təqdim edir. Xüsusi olaraq, ölkəmizə səyahət edən xarici qonaqlar üçün nəzərdə tutulmuş bu tariflər turistlərə sərfəli qiymətlə mobil internet, ölkədaxili və beynəlxalq zənglər təklif edir.

Ölkəmizdə vaxtlarını əyləncəli və səmərəli keçirmək üçün turistlər cəmi 34 AZN-ə “TouristSIM 40GB” paketi əldə edə bilərlər. Paketə 20GB mobil internet və sosial şəbəkələr üçün 20GB əlavə internet, həmçinin 100 dəqiqə ölkədaxili və 20 dəqiqə beynəlxalq zənglər daxildir.

Bundan əlavə, irihəcmli paket əldə etmək istəyənlər üçün “TouristSIM 70GB” və “TouristSIM 130GB” tarifləri də mövcuddur. “TouristSIM 70GB” paketinə 40GB mobil internet, sosial şəbəkələr üçün 30GB internet, 170 dəqiqə ölkədaxili və 50 dəqiqə beynəlxalq zəng daxildir . “TouristSIM 130GB” paketinə isə 80GB mobil internet, sosial şəbəkələr üçün əlavə 50GB internet, 250 dəqiqə ölkədaxili və 70 dəqiqə beynəlxalq zənglər daxildir. “TouristSIM 70GB” və “TouristSIM 130GB” paketlərinin qiymətləri müvafiq olaraq 55 AZN və 75 AZN-dir.

"DogruXeber.az" bildirir ki, tarifi aktivləşdirmək üçün turistlər istənilən “Nar” mağazasına yaxınlaşaraq ölkəmizə giriş zamanı qeydiyyatdan keçirdikləri pasportlarını təqdim etməlidirlər. Qeyd edək ki, paket aktivləşdirildikdən sonra 30 gün müddətində istifadə edilə bilər və bu müddətin sonunda nömrə avtomatik olaraq deaktiv edilir. Tariflər haqqında daha ətraflı məlumatı nar.az/TouristSIM səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Oxunub: 289

Son xəbərlər

Naxçıvan Sənaye Parkı yaradıldı

İstifadə müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək

Rusiyanın Paşinyana cavabı gecikmədi

Sabah hava necə olacaq?

Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

Gətirən də peşmandır, aparan da... -Sahibkarların kütləvi həbsi nədən xəbər verir?

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Azərbaycanda bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək

Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq

Bütün xəbərlər