Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

“Siracoglu” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

"DogruXeber.az" "Azərbaycan Reallığı"na xəbər verir ki, “Siracoglu” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Siracoglu” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Siracoglu” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İradə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun oğluna məxsus olduğu deyilir. AAYDA sədrinin müaşvirinin oğlu hazırda “Siracoglu” MMC-nin qanuni təmsilçisidir. Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub.

“Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
“Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.


Oxunub: 186

Son xəbərlər

Dini və mənəvi tərbiyənin əhəmiyyəti: Gənclərimizi nə qoruyur?

Kreml Ankara-Bakı-Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi – Foto

Təbii fəlakətdə yararsız hala düşən evlərlə bağlı yeni qayda

Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar

“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? - Araşdırma

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - Araşdırma

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinə bu məlumatlar əlavə ediləcək

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq

ADY onlayn bilet alışını təşviq edir

"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

"-ov", "-yev" sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO // VİDEO

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər

Məşhur göz həkiminə cinayət işi açıldı

Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - Rəsmi açıqlama

Xocalının bu kəndlərinə ilk köç olacaq

Alimlər ev itlərinin məlum olan ən qədim cinsini müəyyən etdi

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar - VİDEO

“Taxta bazarı”nda yanğın - VİDEO

Paşinyan Brüsselə getdi

Rusiyanı dəstəkləyən bu ölkələrə xəbərdarlıq edildi

Bu gün onların şəhadətə ucalmasından 5 il ötür

DTX-dən əməliyyat - Kibercinayətkar həbs edildi

Daha 61 ailə doğma yurda yola salındı

Bütün xəbərlər