Şuşanın azadlığından 4 il ötür

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

"DogruXeber.az" xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.



Oxunub: 70

Son xəbərlər

"Modern-Farm" gömrük qaydalarını pozdu, barəsində tədbir görüldü

Məmurlara qarşı viza məhdudiyyəti tətbiq edilir

Dövlət SOSİAL Müdafiə FONDU tərəfindən şəxslərin pensiya hüququ pozulur

Şirvan şəhər İcra Hakimiyyətində qanunu bilmirlər, yoxsa saya salmırlar?

15 yaşı tamam olanların ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir

Bu şəxslər prokurorluqda qulluğa qəbul edildilər - SİYAHI

Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında

MALİYYƏ İŞİ: Cəbrayıl Orucov da HƏBS OLUNDU - TƏFƏRRÜAT

Bu şəxslər müəyyən pul ödəməklə hərbi xidmətdən azad olunsunlar - TƏKLİF

Nazirdən yeni təyinat

Sabah Bakıya sulu qar yağacaq

Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı YENİLİK

Azərbaycanda hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir

Azərbaycanda bu cərimələr artırılır

Əziz Orucova elan olunan ittihamlardan birinə xitam verildi

Putin Paşinyanla görüşəcək?

WSJ: Tramp İsrailə İranın nüvə obyektlərini bombalamağı təklif edə bilər

Moldovada parlament binası qarşısında etiraz keçirilir

Bakıda yeni park harda salınacaq? - 38 milyon xərclənəcək

Mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişilir

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Elektromobil doldurucularının yerləşdirilməsi üçün icazə tələb olunmayacaq

ABŞ və Türkiyə bu barədə razılığa gəldi

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq

Bu sahədə çalışanların xidmətdə olmalarının yaş həddi 5 il uzadılacaq

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir

2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərə bu qədər vətəndaşımız qayıdacaq

Xocalının Ballıca kəndinə köç karvanı yola salınır

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı ilə bağlı qərar

Kleopatranın məzarını axtarırdı, başqa bir mühüm kəşf etdi - FOTO

Bütün xəbərlər