"Bu hallar qəzaların baş vermə riskini artırır" - DYP

Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə "DogruXeber.az"a İdarədən məlumat verilib.

Müraciətdə qeyd olunur ki, hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur:

"Bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır".

"Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır",- deyə müraciətdə qeyd olunur.


Oxunub: 97

Son xəbərlər

"Modern-Farm" gömrük qaydalarını pozdu, barəsində tədbir görüldü

Məmurlara qarşı viza məhdudiyyəti tətbiq edilir

Dövlət SOSİAL Müdafiə FONDU tərəfindən şəxslərin pensiya hüququ pozulur

Şirvan şəhər İcra Hakimiyyətində qanunu bilmirlər, yoxsa saya salmırlar?

15 yaşı tamam olanların ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir

Bu şəxslər prokurorluqda qulluğa qəbul edildilər - SİYAHI

Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında

MALİYYƏ İŞİ: Cəbrayıl Orucov da HƏBS OLUNDU - TƏFƏRRÜAT

Bu şəxslər müəyyən pul ödəməklə hərbi xidmətdən azad olunsunlar - TƏKLİF

Nazirdən yeni təyinat

Sabah Bakıya sulu qar yağacaq

Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı YENİLİK

Azərbaycanda hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir

Azərbaycanda bu cərimələr artırılır

Əziz Orucova elan olunan ittihamlardan birinə xitam verildi

Putin Paşinyanla görüşəcək?

WSJ: Tramp İsrailə İranın nüvə obyektlərini bombalamağı təklif edə bilər

Moldovada parlament binası qarşısında etiraz keçirilir

Bakıda yeni park harda salınacaq? - 38 milyon xərclənəcək

Mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişilir

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Elektromobil doldurucularının yerləşdirilməsi üçün icazə tələb olunmayacaq

ABŞ və Türkiyə bu barədə razılığa gəldi

Bu şəxslərin maaşı yeni qayda ilə hesablanacaq

Bu sahədə çalışanların xidmətdə olmalarının yaş həddi 5 il uzadılacaq

Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir

2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərə bu qədər vətəndaşımız qayıdacaq

Xocalının Ballıca kəndinə köç karvanı yola salınır

Nəcməddin Sadıkovun oğlunun biznes ortağı ilə bağlı qərar

Kleopatranın məzarını axtarırdı, başqa bir mühüm kəşf etdi - FOTO

Bütün xəbərlər