gundem / hadise / dunya / sou
11.11.2024, 15:15
Serdar Ortaç və Mehmet Ali Erbil saxlanıldı
İstanbul Respublika Prokurorluğu sosial mediada “qanunsuz mərc oynamağı təşviq etmək” maddəsi ilə istintaq başladıb. İstintaq 20 şübhəlini, o cümlədən sosial mediaya təsir edənləri və bəzi məşhur adları müəyyən edib.
"DogruXeber.az" xəbər verir ki, bunun üzərinə polislər müəyyən edilən ünvanlarda əməliyyat təşkil edib. Əməliyyat zamanı aralarında Mehmet Ali Erbilin də olduğu 20 şübhəli saxlanılıb.
Müğənni Sərdar Ortaç da qeyri-qanuni mərc oyunları ilə bağlı istintaqda saxlanılıb. Ortaçın yatdığı üçün qapısına gələn polisləri eşitmədiyi və yarım saat sonra qapını açdığı öyrənilib.