Bu təhsil müəssisəsində tələbələr "soğan kimi soyulur... - ŞOK MƏLUMATLAR // VİDEO

Gəncə Dövlət Universitetində xaos hökm sürməkdə davam edir.

Bunu biz yox, davamlı olaraq "DogruXeber.az" elektron poçt ünvanına göndərilən məlumatlar və redaksiyamıza məlumat verən etibarlı mənbə deyir.

"Bazar" adı üstündə olan təhsil müəssisəsi

Gəncə Dövlət Universitetində rüşvət "ŞİRİNLİK" kimi alınır... - VİDEO

Mənbənin sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə etməsinə baxmayaraq, Gəncə Dövlət Universitetində əsas vəzifələrdə çalışanların ixtiyarına verilmiş 10-a yaxın xidməti avtomobillərin hər biri xarici istehsalı olan bahalı avtomobillərdir.

Özü də bu avtomobillər beş ildə bir dəfə təmirə getməli olduğu halda, GDU-də heçolmasa ildə bir dəfə də deyil, bir ildə 4-5 dəfə kağız üzərində təmirə göndərilir. Əslində olan isə bu adla universitetin büdcəsindən müəyyən məbləğlərdə pul vəsaitlərinin silinməsidir.

Qeyd edək ki, mənbənin verdiyi məlumata görə. sözügedən təhsil müəssisəsində 5 tələbə aylıq ödəniş müqabilində əyani təhsilini "qiyabi" olaraq davam etdirir, yəni puluna minnət, pulunu verir, tələbə adı üstündə, əli də cibində kefinə qulluq edir GDU "cahıllar"ı.

Amma, son günlər sosial şəbəkələrdə yayılan bu görüntülər onu göstərdi ki, GDU-də ödənişli olan təkcə mənbəmizin bildirdiyi kimi "keyf eləmək" deyil. Eyni zamanda praktika üçün, diplom üçün və digər bu kimi qondarma səbəblərdən də tələbələrdən pul tələb olunur.



Təsərrüfat sahəsində uğurlu iş adamı olduğu və bir neçə gün əvvəl təsərrüfat texnikaları almaq üçün tender elan etdiyi deyilən rektor Yusif Yusibov deyəsən rəhbərlik etdiyi təhsil müəssisəsini "soğan tarlası", tələbələri isə "Soğan" gözündə görür. Arada bir dövlət müəssisəsindəki "özəl" fəaliyyəti sosial mediada paylaşılanda "gözü acılansa" da sonunda o, "soğanların verəcəyi dadın həzzini yaşamaq ümidi ilə soymaqda davam edir". Nə də olsa Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışan Cavanşir Yusifov kimi bir dayağı var.

Əlbəttə, bəs qardaş qardaşa hansı gündə lazımdır?!

Bəlli ki, buvaxta qədər olmayıbsa, bundan sonra da cənab Yusibova "gözün üstə qaşın var" deyən olmayacaq.

Hər halda şikayət üstünə gələn şikayətlər qorxusuzca davam edən fəaliyyətin, belə fəaliyyət isə hələ çox davam edəcək olan bu arxayınçılığın ifadəsidir deyə düşünürük.

Qeyd edək ki, etibarlı mənbə tərəfindən redaksiyamıza məlumatlar gəlməkdə davam edir.
Odur ki, mövzunu davam etdirəcəyik və qarşıdakı günlərdə aylığa buraxılan tələbələrin adlarını açıqlayacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 375

Son xəbərlər

Sabah hava necə olacaq?

Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

Gətirən də peşmandır, aparan da... -Sahibkarların kütləvi həbsi nədən xəbər verir?

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Azərbaycanda bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək

Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq

Buna görə 9000 manatadək cərimə tətbiq olunacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Meyvə və tərəvəzləri yeməmək hansı nəticələrə səbəb olur?

Bütün xəbərlər