gundem / siyaset
14.11.2024, 14:15
Paşinyan 9 noyabr kapitulyasiya aktını necə imzaladığını AÇIQLADI
"9 noyabr 2020-ci il tarixli bəyanatı imzalayan zaman oradakı həmkarlarımın fikri məni maraqlandırmırdı".
"DogruXeber.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
"9 noyabr 2020-ci ildə bir çox həmkarlarım ofisimdə idilər: Onda məni heç kimin fikri maraqlandırmırdı, bu məsuliyyəti öz üzərimə götürürəm və mən də bu bəyanatı imzalayacağam deyirdim. Başqa bir sual budur ki, mən bunu niyə etdim", - Paşinyan deyib.
Onun sözlərinə görə, elə vaxtlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir.