Rusiyanın raket sistemləri üçün komponentlər istehsal edən zavodu vuruldu

Rusiya Federasiyasının Kaluqa vilayətinin Kaluqa şəhərində pilotsuz təyyarələr Rusiya hərbi-sənaye kompleksinə daxil olan "Tayfun” zavoduna hücum edib.

"DogruXeber.az" xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram- da yazıb.

Kovalenkonun sözlərinə görə, bu zavod rabitə sistemləri, elektron kəşfiyyat və radar avadanlıqları, hərbi texnikada quraşdırılan müşahidə və istiqamətləndirmə sistemləri üçün komponentlər istehsal edir.

"Tayfun” həmçinin hava hücumundan müdafiə sistemləri, aviasiya texnikası və raket sistemləri üçün hissələri istehsal edir, Rusiya qoşunları ilə xidmətdə olan texnikanın texniki xidməti və təkmilləşdirilməsi ilə məşğul olur.

Bundan əlavə, zavod müxtəlif hərbi sistemlərin inteqrasiyası üçün zəruri olan elektron modullar və xüsusi avadanlıq istehsal edir.

Bundan əvvəl Rusiyanın Telegram kanalları noyabrın 25-nə keçən gecə Kaluqada pilotsuz təyyarələrin vurulduğunu bildirmişdi. Rusiya Federasiyasının Kaluqa vilayətinin qubernatoru dronlardan birinin dağıntılarının sənaye müəssisəsinin ərazisinə düşdüyünü , nəticədə yanğınla nəticələndiyini bildirib.


Oxunub: 208

Son xəbərlər

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb

Avrokomissiya prezidenti Rusiya əleyhinə sanksiyaların uzadıldığını təsdiqlədi

Milyarderlərin axın etdiyi ölkə rekord qırdı: nə Qətər, nə Səudiyyə, nə də Amerikadır...

Güləşçimiz Avropa çempionu oldu

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır - Britaniyanın dövlət naziri

Qəbələdə yanğın: Sakinlər təxliyə edildi

Simonyan Rusiyadan təhdid olunur - "Məni və uşağımı hədələyir"

Özünü 5 il müddətinə prezident elan etdi

Xətaidə novruz şənliyi təşkil olunub

Temperatur 30 dərəcəyə yüksələcək

Bütün xəbərlər