gundem / dunya
28.11.2024, 13:45
Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
"Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir"
"DogruXeber.az" BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 28-29-da Günəşdə baş verəcək alışmalar hesabına Yerdə geomaqnit qasırğası gözlənilir.
"Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.