İcra başçılarının “Dream Construction Company” sevgisi – Araşdırma

“Dream Construction Company” MMC bir gündə üç tenderin qalibi olub.

"DogruXeber.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə satınalma portalında məlumat yerləşdirilib.

Belə ki, MMC-nin udduğu ilk tender Tovuz İcra Hakimiyyətinin elan etdiyi müsabiqə olub. Tovuz rayonunda yolların əsaslı təmirini həyata keçirəcək şirkətlə 669.831,96 manatlıq müqavilə imzalanıb.

Həmin şirkət Ağdam İcra Hakimiyyəti ilə də ortaq “dil” tapıb. Məlum olub ki, “Dream Construction Company” Xındırıstan kəndi ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsini həyata keçirəcək və buna görə, 275.935,92 manat alacaq.

Daha bir tender isə Ağcabədi İcra Hakimiyyəti keçirib. Rafil Hüseynovun rəhbəri olduğu rayonda İcra Hakimiyyətinin inzibati binasında abadlıq işləri görüləcək. Bununla əlaqədar 61.933,6 manatlıq müqavilə bağlanıb.

“Dream Construction Company” MMC kimindir və kimlərə məxsudur? Bu şirkətlə bağlı apardığımız qısa araşdırma zamanı məlum olub ki, “Dream Construction Company” nəinki bu üç rayonda, ölkənin əksər şəhər və rayonlarında tenderlərin qalibi olub. Əsasən abadlaşdırma və yol tikintisini həyata keçirən şirkətin kiçik məbləğli tenderlərlə isə işi olmayıb. Elə Ağcabədi İcra Hakimiyyəti ilə ötən ilin yayında avtomobil yollarının əsaslı təmiri işləri ilə bağlı 543.395,56 manatlıq müqavilə də bunu deməyə əsas verir. Həmçinin Sumqayıtda 2 milyonluq yol çəkmə, Xızıda 542 minlik abadlıq işləri də bura daxildir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimova Zəhra Musa qızıdır.

Apardığımız araşdırmaları zamanı məlum oldu ki, “Dream Construction Company” MMC əvvəllər “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib. MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.


Oxunub: 117

Son xəbərlər

Rusiyanın Paşinyana cavabı gecikmədi

Sabah hava necə olacaq?

Coşqun Cəbrayılov Nizami rayonunu Suriyadan BETƏR GÜNƏ SALIB - Bakının göbəyində AÇIQ VANDALİZM!

Şimali Koreya ilə Rusiya arasındakı saziş qüvvəyə mindi

Gətirən də peşmandır, aparan da... -Sahibkarların kütləvi həbsi nədən xəbər verir?

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Azərbaycanda bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək

Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq

Buna görə 9000 manatadək cərimə tətbiq olunacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Bütün xəbərlər