Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI

Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daha bir qalmaqal baş verib.

DogruXeber.az: - Bu barədə "Təzadlar"a AMEA-dan bildirilib. Belə ki, bu günlərdə "Azərbaycan Respublikasının tarixi" şöbəsinin müdiri Əmrahov Mais İsrafil oğlu ilə şöbənin qadın əməkdaşlarından biri (adını hələki açıqlamırıq) arasında mübahisə o həddə çatıb ki, söyüş və təhqirlər səslənib. Əldə etdiyimiz məlumata görə, bu cür hallar institutda artıq adi hala çevrilib və xüsusilə Kərim Şükürovun direktor təyin olunmasından sonra qadın alimlərə qarşı açıq-aşkar təzyiq mühiti yaranıb. Hansı ki, iki həftə əvvəl də oxşar hadisə baş vermişdi. Media olaraq K.Şükürova elektron sorğu göndərsək də, həmin vaxt cavab verilməmişdi. İndi də elə...

***

Qeyd edək ki, sən demə, insidentin əsas səbəbi şöbə müdirinin yenicə elmlər doktorluğunu müdafiə etmiş, lakin təsdiqini hələ almamış qadın əməkdaşı qısqanması və onun gələcəkdə şöbə müdiri vəzifəsinə iddialı olmasından çəkinməsidir. Bu vəziyyətdə Mais Əmrahovun "gözünün odunu almaq" adlandırılan qeyri-rəsmi basqı siyasətinə əl atdığı bildirilir. Tarix İnstitutunda qadın alimlərə qarşı bu cür mənəvi basqı halları artıq sistematik bir problemə çevrilib.

Qeyd etmək istəyirik ki, qadın əməkdaşın yaşadığı ağır stress və mənəvi travmanı nəzərə alaraq onun adını açıqlamırıq. Lakin bu vəziyyət təkcə fərdi məsələ deyil, bu, institut daxilindəki idarəetmə mühitinin və akademik dəyərlərin ciddi şəkildə pozulduğunu göstərir. Biz, akademik ictimaiyyət və mətbuat nümayəndələri olaraq, AMEA-nın və Tarix İnstitutunun rəhbərliyindən xahiş edirik ki, bu cür hallara son qoyulsun və qadın alimlərə qarşı açıq-aşkar diskriminasiya və təzyiq siyasətinə qarşı ciddi tədbirlər görülsün. Elm və təhsil ocaqları belə neqativ hallara səhnə olmamalıdır!

Direktor Kərim Şükürovun və şöbə müdiri Mais Əmrahovun da mövqeyini dinləməyə hazırıq.//Təzadlar


Oxunub: 195

Son xəbərlər

Ceyhun Bayramov Aİ-nin ali nümayəndəsi ilə regionu müzakirə etdi

"Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır" - KİV

Xanlarov "hamam suyu ilə özünə dost tutur"? - Xalqın haqqı ilə "büdcəyə qənaət" //VİDEO + FOTO

İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var

"Sülh müqaviləsinin 90 faizi razılaşdırılıb" - Paşinyan

Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb

Gələn il ipoteka krediti almaq istəyənlərə şad xəbər

İsrail yenilənmiş saziş layihəsini HƏMAS-a təhvil verib

İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

"Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir" - Dövlət başçısı

Almaniya ukraynalı qaçqınlar üçün administrasiya yaradır

"Ermənistan bunu hər vəchlə danmağa çalışır" - Prezident

İlham Əliyev onları təltif etdi

Sənubər Nəzərova işdən çıxarıldı

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verdi

Bu günə olan valyuta məzənnələri

Datunaşvili saxlanıldı

Fransa parlamenti hökuməti istefaya GÖNDƏRDİ

Tramp NASA-nı ona tapşırır

Alkoqollu içkiləri minimum qiymətdən aşağı satanlar cərimələnəcək

Azərbaycanda bu şəxslər 10 ilədək azadlıqdan məhrum ediləcək

Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq

Buna görə 9000 manatadək cərimə tətbiq olunacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Meyvə və tərəvəzləri yeməmək hansı nəticələrə səbəb olur?

Sahib Məmmədov vitse-prezident vəzifəsinə təsdiqləndi

Əməkdar jurnalistə Qarabağda vəzifə verildi

Günəşli faciəsindən 9 il ötür

Bermud üçbucağından daha təhlükəli ərazi - Avstraliyanın Maqnit adası

Bütün xəbərlər