gundem / Cəmiyyət
10.12.2024, 16:15
Nazirə yeni müavin təyin olunacaq, üç nəfərə general rütbəsi veriləcək - İDDİA
Fövqəladə Hallar Nazirliyində (FHN) bir qrup şəxsə general rütbəsi veriləcəyi və bir nəfərin nazir müavini postuna gətiriləcəyi gözlənilir.
"DogruXeber.az"ın Qaynarinfo-dan əldə etdiyi məlumata görə, dəyişikliklərin 16 dekabr Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu il dönümü ərəfəsində baş tutacağı bildirilir.
FHN-nin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Həsənov Məhərrəm İmanqulu oğlunun nazir müavini təyin ediləcəyi, FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi Seymur Qaraşova, Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərliyə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Zaur Kərimova general rütbəsi veriləcəyi deyilir.