Azərbaycanda "sülh səfiri" həbs edilib - Yarım milyonluq dələduzluq  - TƏFƏRRÜAT

Özünü Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edib, Almaniya, Britaniya və Polşaya viza alacağına inandıraraq xeyli sayda insanın külli miqdarda vəsaitini ələ keçirən qadına hökm oxunub.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş Kərimova Sevda Əliheydər qızı Cinayət Məcəlləsinin 178.2.2 və
178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq prosesdə baxılıb.

Məlum olub ki, Sevda Kərimovanın dələduzluq əməlindən 16 nəfər zərər çəkib. O, özünü Ümumdünya Sülh Federasiyası tərəfindən sülh səfiri, Polşa Respublikasının Azərbaycanda xoşməramlı səfiri kimi təqdim edərək, xeyli sayda insanı Avropa ölkələrində təhsil, işlə təmin olunmaq və onların oraya göndərilməsi üçün viza alacağına inandıraraq, yarım milyon manatdan çox pullarını ələ keçirib.

Azərbaycanda "sülh səfiri" həbs edilib - Yarım milyonluq dələduzluq  - TƏFƏRRÜAT

Sevda Kərimova

O, Cəmilə Arifovnadan Britaniya Krallığına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması kimi yalan vədlər verib müqabilində 10.000 manat, Bağdəsər Mustafayevadan Almaniya Federativ Respublikasına getmək üçün viza düzəltmək, orada təhsil almaq, yaşamaq və işlə təmin olunmaq üçün şərait yaradılması üçün 15.000 manat, Afət adlı qadından Polşa Respublikasına getmək üçün viza düzəltmək, yaşamaq, orada oğlunun təhsil almaq və işlə təmin olunmaq üçün 4900 manat, Zümrüd adlı qadından oğlunun Almaniyada evlə və işlə təmin olunması adı ilə 1 kiloqrama yaxın qızıl, 85 min manata yaxın pulunu alıb və həmçinin digər bir neçə nəfərə qarşı da eyni hərəkətlərlə dələduzluq edib. Kirayə qaldığı evin Ülviyyə adlı sahibinin isə 75 min manatını mənimsəyib.

Sevda Kərimova bu əməlləri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin Elmira adlı əməkdaşı ilə törətdiyini deyib.

Azərbaycanda "sülh səfiri" həbs edilib - Yarım milyonluq dələduzluq  - TƏFƏRRÜAT

Ən maraqlı məqam odur ki, Sevda Kərimovanın əməlindən zərərçəkən şəxslərdən xeylisi xarici dil kurslarında dərs keçən xanım müəllimlər olub. Belə ki, Sevda Kərimova Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45D ünvanda yerləşən "Qafqaz" hazırlıq kurslarında alman dili dərsi deyib və sözügedən təhsil mərkəzində dərs deyən müəllimlər də onun dələduzluğunun qurbanı olublar.

"Qafqaz" hazırlıq kurslarının Nigar Əsgərova ad-soyadlı direktoru da Sevda Kərimovanın əməlindən zərərçəkmiş şəxs kimi tanınıb. Belə ki, Nigar Əsgərova həyat yoldaşına Polşaya viza almaq üçün təqsirləndirilən şəxsə 2 min dollar verib. Həmin pulları da Sevda Kərimova mənimsəyib.

Azərbaycanda "sülh səfiri" həbs edilib - Yarım milyonluq dələduzluq  - TƏFƏRRÜAT

Nigar Əsgərova

Sevda Kərimova məhkəmədəki son çıxışında deyib ki, 2014-cü ildə Ümumdünya Sülh Federasiyasının himayəsi altında İsraildə konfransda iştirak edib və "sülh səfiri" adını alıb. Bakı şəhərində daimi yaşayış yeri olmadığına görə müxtəlif ünvanlarda kirayədə yaşayıb. Özünün 2019-cu ilə kimi özəl kursları olub. 2019-2020-ci ildə COVID-19-la ələqədar olaraq ölkədə elan olunmuş pandemiya dövründə kursları bağlandığına görə dolanmaq üçün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalında tibb bacısı işləyib. Rus, alman və ingilis dillərini
mükəmməl bildiyindən 2021-ci ildən yenidən tələblər hazırlayıb. Son iş yeri də "Qafqaz" hazırlıq kursları olub. Zərərçəkmişlərdən aldığı pulun çox hissəsini öz ehtiyaclarına xərcləyib.

Məhkəmənin qərarı ilə Sevda Kərimova 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Zərərçəkmişlərin əksəriyyəti Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın qərarından narazı qaldıqlarını, təqsirləndirilən şəxsə daha çox cəza verilməsini və onlara dəyən ziyanın ödənilməsini istəyirlər.


Oxunub: 150

Son xəbərlər

FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb - Salyan polisi araşdırma aparır

Bu hərbi hissədə nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Danimarkada Qurana hücumla bağlı ilk məhkəmə başladı

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…

Bu tarixədək qar yağacaq - Xəbərdarlıq

Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Qazaxıstanın neft bazasında PARTLAYIŞ

Evindən köçməkdən imtina edən çinli yolun ortasında yaşayır

Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə

“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

DYP səfərə hazırlaşan sürücülərə müraciət etdi

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Bazar gününə olan hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Bu rayonlara qar yağır

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Buz üzərində qaçan “ayı" rekord qırdı

İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABB-nin blokladığı kartdan 10 min 700 manat oğurlanıb - Bank məsuliyyətdən yayınır

“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Bütün xəbərlər