Nəcməddin Sadıkovun oğlunun biznes ortağı ilə bağlı qərar

Ali Məhkəmədə Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş adamı Kamal Akimovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"DogruXeber.az"ın Pravda.az-a istinadən məlumatına görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovdan hədə-qorxu yolu ilə 500 min dollar almaqda ittiham olunan iş adamı K.Akimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alıb. Prokuror ittiham nitqində Akimovun 11 il azadlıqdan məhrum edilməsini tələb etmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. İttihama görə, Kamal Akimov Azər Əsgərovu özünə və ailəsinə zərər yetirməklə hədələyərək ondan 500 min dollar alıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmişin onu şərlədiyini deyib. K.Akimovun dediyinə görə, A.Əsgərovun "Azimport” şirkəti 10 il əvvəl onun Səbail rayonunda yerləşən 146 kvadratmetrlik obyektini sökərək öz istifadəsinə götürüb.

Xatırlatma: K.Akimovun Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortağı olduğu deyilir.


Oxunub: 110

Son xəbərlər

FHN-nin əməkdaşı ceyran ovuna görə saxlanılıb - Salyan polisi araşdırma aparır

Bu hərbi hissədə nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb

Danimarkada Qurana hücumla bağlı ilk məhkəmə başladı

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…

Bu tarixədək qar yağacaq - Xəbərdarlıq

Ən həssas 5 BÜRC: hər şeyi ürəyinə salırlar

Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Qazaxıstanın neft bazasında PARTLAYIŞ

Evindən köçməkdən imtina edən çinli yolun ortasında yaşayır

Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə

“Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür

DYP səfərə hazırlaşan sürücülərə müraciət etdi

Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Bazar gününə olan hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

Bu rayonlara qar yağır

Ərdoğan onlarla vəzifəli şəxsi işdən azad etdi

Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Buz üzərində qaçan “ayı" rekord qırdı

İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Tramp Danimarkanın Baş nazirinə zəng edib Qrenlandiyanı istədi: Nə cavab aldı?

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABB-nin blokladığı kartdan 10 min 700 manat oğurlanıb - Bank məsuliyyətdən yayınır

“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Bütün xəbərlər