Mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

Gələn il Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin tətbiqi planlaşdırılır.

"DogruXeber.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hazırda qüvvədə olan məcəllədə Azərbaycanda qeydiyyatdan keçən film istehsalını və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Təklif olunan dəyişikliklərə əsasən, güzəştin həcminin 75 %-dən 90 %-ə, müddətinin 3 ildən 5 ilə, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması, həmin subyektlərin siyahısına isə teatr, muzey, simfonik orkestr və film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə olunması nəzərdə tutulur.

Bundan əlavə, film istehsalı və dublyajını həyata keçirən fiziki şəxslərin və film prodüserinin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərin 90 %-nin 5 il müddətinə gəlir vergisindən də azad edilməsi təklif olunur. Həmçinin, həmin şəxslərin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azadolma nəzərdə tutulur.

Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirlərinin də 5 il müddətinə 14 % dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilməsi təklif olunur.

Bundan əlavə, təklif edilən dəyişikliklərdə, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə fiziki şəxs olan istehlakçılar tərəfindən nağdsız qaydada ödənilən ƏDV-nin 50 %-nin həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bütövlükdə, mədəniyyət sektoruna vergi güzəştlərinin verilməsi nəticəsində bu sahənin inkişafı, əlavə investisiyaların cəlbi və bu sahədə fəaliyyətin şəffaflaşması hədəflənir.


Oxunub: 368

Son xəbərlər

Əbdülqadir Ansuxskinin meyvə şirə istehsalı edən müəssisəsi bağlandı- Video

Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Abşeronda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub - FOTO

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Sabah Bakıda yağış yağacaq

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bütün xəbərlər