gundem / hadise / dunya / Mədəniyyət
3.01.2025, 10:00
Ferdi Tayfur vəfat etdi
Türkiyəli tanınmış müğənni Ferdi Tayfur vəfat edib.
"DogruXeber.az" xəbər verir ki, sənətçi 79 yaşında dünyasını dəyişib.
O, Antalyada dekabrın 15-dən müalicə aldığı özəl xəstəxanada həyatını itirib.
Bildirilir ki, böyrək çatışmazlığından əziyyət çəkən F. Tayfura 2020-ci ildə oğlundan böyrək köçürülüb.