Sədr qanunsuz əməllərini ört-basdır etmək üçün şikayətçilərə torpaq paylayır -  VİDEO

Azərbaycan yeni bələdiyyə seçkilərinə hazırlaşır.

DogruXeber.az: - Hökümətin verdiyi vədə görə, bu ildən etibarən bələdiyyə seçkilərində və bələdiyyələrin fəaliyyətində böyük yeniliklər gözlənilir. Baxmayaraq ki, parlament seçkiləri xalqın bu kimi seçkilərə inamını tamamilə 0-a endirdi, amma yenə də yerlərdə icra başçıları özlərinin seçdikləri bələdiyyə sədrlərini indidən xalqa sırımaq üçün hər vasitəyə əl atırlar.

Rəsmi olaraq bələdiyyə ilə icra hakimiyyəti ayrı qurumlar olsalar da, heç bir bələdiyyə sədri yerli icra başçısının əmrindən çıxmağa cəsarət edə bilməz, çünki onu o, vəzifəyə gətirən elə həmin icra başçısıdır ki, bu barədə Mingəçevir, İmişli və digər rayonlardan misal gətirə bilərik.

Xatırlayırsınızsa, Mingəçevir şəhər bələdiyyəsinin keçmiş üzvü Fərhad adlı şəxsin redaksiyamıza müraciəti zamanı, məktubunda qeyd etdiyi bu cümləni portalımızda dərc etmişdik - "Məni bu vəzifəyə təyin etdiyinə görə cənab başçıya təşəkkür edirəm". Cənab başçı da kirvəsinin bu minnət dolu çıxışına dərhal müdaxilə edərək, "səni xalq seçib" deyə işarə vurub ki, "kirvə, bizi yandırma".

Əlqərəz, əslində hamının ondan narazı olmasına baxmayaraq, yenidən bələdiyyə sədri olmağa çalışan, bunun üçün də arası yaxşı olan 1-2 şəhid ailəsini istifadə edən Ramiz Əliyevin, eləcə də İmişli şəhər ərazisinin torpaqlarını satıb "evləri"nə ("evləri" deyərkən nəyi nəzərdə tutduğumuzu qarşıdakı günlərdə ətraflı izah edəcəyik) xərcləyən Mehman İsmayılovun barəsində qarşıdakı günlərdə geniş yazı təqdim edəcəyik. Bu dəfə isə Quba rayonunun hələ cəmi 1-2 kəndinin bələdiyyə sədri olan Şahin Tağıyevdən danışırıq.

Doğrusu bu adamın barəsində məlumatları eşitdiyimizdə yadımıza lap, "Sehirli xalat" filmi düşdü. Deyir, - "Bu uşağın böyüyüb kim olacağını fikirləşəndə adamın tükləri biz-biz durur". İndi, bir-iki kəndin bələdiyyə sədri olaraq, o, kəndlərin sakinlərinin başına gətirdiyi oyunları eşidəndə, adam bir də onun səlahiyyətlərinin daha da böyüyəcəyini düşünüb, özündən biixtiyar taxtaya vurur.

"DogruXeber.az" qeyd edir ki, bir müddət əvvəl Quba rayon Ağbil kənd sakini Müzəffərov Ümid Cavanşir oğlu redaksiyamıza müraciət edərək, kəndin bələdiyyə sədri Şahin Tağıyevin kəndin örüş sahələrini və əkinə yararlı torpaq sahələrini qanunsuz zəbt edərək, özünün və yaxınlarının istifadəsinə verdiyini, örüş sahəsində ferma tikdirdiyini, geniş ərazidə süni göl yaradaraq, balıqçılıq təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi.

Bələdiyyə sədri Şahin Tağıyev isə mövqeyini öyrənmək üçün əlaqə saxladığımızda, yayıma bağlanar-bağlanmaz. ilk növbədə Ümidə uşaq vaxtı aldığı kostyumu xatırladıb, dolayısıyla "nankor"luqda ittiham etdi.



Adamdakı uzaqgörənliyə baxın !
Sən demə o, illər əvvəl aldığı uşaq kostyumu ilə gələcəkdə görəcəyi qanunsuz işləri qanundan mühafizə etmək üçün nəzərdə tutubmuş.

Əlqərəz...

Ardından isə özü də bilmədən Ümidin verdiyi bütün məlumatları təsdiqlədi ki, "ferma var, amma mən tikməmişəm".

Yerli sakinlərin bəzilərinə pulunu alıb satdığı torpaq sahəsini belə əlindən alan bələdiyyə sədri, güya o, fermanı tikən adamlara qarşı aciz qalıb, "bu qanunsuzdur" deyə bilməyib.

Quba "xan"ı bələdiyyə sədrinin bu əməllərindən xəbərsizdir? - VİDEO

Üstəlik, "Kimsə işlətmək istəsə, götürüb işlədə bilər" deyə, səxavət nümayiş etdirməyi də unutmadı.

"Süni göl var, amma balıq saxlamıram.
Qanunsuz tikintini aparan da ki, şəhid ailəsidir, oranı zəbt edib tikib, ona nə deyə bilərik ki?!"

Bütün bu məsələlərlə bağlı redaksiyamız adından aidiyyatı üzrə Quba rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi sorğu göndərdik.

Sosial şəbəkələrdə bu barədə paylaşdığımız məlumatın şərh bölməsində Ümid Müzəffərovu "yalançı" çıxaran Quba rayon icra hakimiyyəti, nədənsə rəsmi sorğuya verəcək rəsmi cavab tapa bilmədi. Ədliyyə nazirliyi də görünür bələdiyyə sədrinə "gözün üstə qaşın var" deyib, "torpaqdan pul çıxaran" bacarıqlı sədrin xətrinə dəyməyi rəva bilmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə yönləndirdi ərazi üzrə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə.

İdarə də əvvəl işə canfəşanlıqla yanaşıb, öz əməkdaşını Ümid Müzəffərovun iştirakı ilə ərazini yoxlamağa göndərdi.

Hətta, Ümidin bildirdiyinə görə, yoxlama zamanı Şahin Tağıyevin adamları Ekologiya idarəsinin məsul nümayəndəsinə təzyiq göstərib, araşdırma aparmasına mane olmağa çalışıblar. Amma, bu yoxlamadan bir neçə gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiyanın Təhlükəsizliyi Xidməti (DETX) redaksiyamıza cavab məktubu göndərdi ki, "Ümid Müzəffərovun verdiyi məlumatlar öz təsdiqini tapmayıb. Ümid Müzəffərov yazılı izahat verərək, mətbuata dəqiqləşdirmədən məlumat verdiyini qeyd edib".

DETX-nin verdiyi bu cavab, yenidən redaksiyamıza müraciət edən Ümid Müzəffərovun bizə göndərdiyi videogörüntülərin tam əksi idi.



Kəndin ətraf ərazilərinin çirkab içində, antisanitar vəziyyətdə olması, geniş süni göl, məhv edilmiş yaşıllıqlar və rəsmi cavabda sözün əsl mənasında bələdiyyə sədrinin "sudan quru çıxarılması" bizə işarə verir ki, Şahin Tağıyev bu ərəfədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovun "əlini sıxıb". Yoxsa, "kor-kor, gör-gör", hər şey açıq-aydın görünür.

Yeri gəlmişkən, Ümidin sözlərinə görə, bu ərəfədə Şahin Tağıyev bəlkə də bələdiyyə sədri işlədiyi illər ərzində ilk dəfə "gücləndirilmiş iş rejiminə keçib".

Belə ki, günlərdir tələm-tələsik texnikalar vasitəsilə antisanitariyanın hökm sürdüyü - tullantıların atıldığı əraziləri şumladaraq, biabırçı mənzərənin üstünü basdırmağa çalışır.

Bəzi ərazilərdə isə tullantılar yandırılaraq, hava çirkləndirilir, yerli sakinlər üçün daha təhlükəli vəziyyət yaradılır.

Torpaq satışı ilə bələdiyyəsinin "qaz vurub, qazan doldurduğu" Ağbil və Əlibəyqışlaq kəndinin yolları barəsində növbəti yazımızda bəhs edəcəyik.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 427

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər