Zal nəzarətçisi işləmək istəyənlərin NƏZƏRİNƏ

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin təlimlər mərhələsi başa çatıb və yekun test imtahanı mərhələsinə başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərdən müraciətini təsdiq edən 2650 nəfərdən 2259-u müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2086 namizəddən 1709 nəfəri məqbul alaraq növbəti mərhələyə buraxılıb, 185 nəfər qeyri-məqbulla qiymətləndirilib, 192 nəfər isə bu mərhələdə iştirak etməyib. İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1597 namizəddən 1228 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 347 nəfər qeyri-məqbulla qiymətləndirilib, 22 nəfər isə bu mərhələdə iştirak etməyib. Təlimlər mərhələsi üçün qeydiyyatdan keçən 1208 namizəddən 1204 nəfər bu mərhələdə iştirak edib.

Təlimlər yekunlaşdıqdan sonra namizədlərin imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına qeydiyyatla bağlı bildiriş mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq test imtahanının tarixini və saatını seçir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur. Təlimlər mərhələsində iştirak edən 1204 namizəddən indiyə qədər 1079 nəfər imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanı üçün vaxt seçimi edib.

Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellektual səviyyəni yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40 faizi ilə imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanından topladığı balın 60 faizi toplanır.

Yekunda 60 faiz və daha çox nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:

- 90 faiz və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;

- 60-90 faiz intervalında nəticə göstərdikdə - B kateqoriyası;

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə DİM-in saytından tanış ola bilərsiniz.


Oxunub: 253

Son xəbərlər

Əbdülqadir Ansuxskinin meyvə şirə istehsalı edən müəssisəsi bağlandı- Video

Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Abşeronda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub - FOTO

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Sabah Bakıda yağış yağacaq

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bütün xəbərlər