Bu akademiyada 100-ə yaxın işçi ixtisar edilib? - Rəsmi

Mətbuatda Azərbaycan İdman Akademiyasında (AİA) kütləvi ixtisarlar aparıldığı barədə məlumatlara aydınlıq gətirilib.

"DogruXeber.az" xəbər verir ki, Azərbaycan İdman Akademiyası Mətbuat Xidməti 100 nəfərin ixtisar edilməsi ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

"Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsə çevrilib.

Bunu əsas tutaraq, Azərbaycan İdman Akademiyası öz təhsil strategiyasını daha da təkmilləşdirilmək və qısa vaxt ərzində müasir beynəlxalq standartlara nail olmağı qarşısına hədəf olaraq qoyub. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.

Bir neçə mərhələdən ibarət olan islahatlara, eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla, fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir. Lakin bu proses hazırda davam edir və başa çatmamış prosesin nəticəsi barədə yalan məlumatın yayılması aparılan islahatlara kölgə salmaq və təsir göstərmək niyyətinə xidmət edir.

İnanırıq ki, tezliklə idman ictimaiyyəti Akademiyanın ölkənin idman siyasətinin tələbinə uyğun olaraq peşəkar idmanın inkişafı üçün həyata keçirmiş olduğu bu islahatlarının müsbət nəticələrinin şahidi olacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçinin vəzifəsindən azad edildiyi, işdən çıxarılanlar arasında vəzifəli şəxslərin də olduğu, ixtisarların davam edəcəyi haqda məlumat yayılıb.//publika.az


Oxunub: 217

Son xəbərlər

Əbdülqadir Ansuxskinin meyvə şirə istehsalı edən müəssisəsi bağlandı- Video

Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

İnsanlar niyə özünü "şəfaçı", "yaşam koçu" adlandıran şəxslərə inanır? - AÇIQLAMA

Ermənistan parlamenti Aİ-yə üzvlüyə dair layihəni təsdiqlədi

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi

Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

Azad olunmuş ərazilərə növbəti 3 tədris ilində ayrılacaq vəsait açıqlandı

Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Abşeronda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub - FOTO

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

PRAYK-mağaza açın və ya xidmətlərinizi təklif edin - Ödənişsiz və vasitəçilərsiz!

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Sabah Bakıda yağış yağacaq

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bütün xəbərlər