Bu gün Azərbaycan xalqı üçün tarixin ən ağrılı və bir o qədər də şərəfli səhifələrindən biridir

Bu gün Azərbaycan xalqı üçün tarixin ən ağrılı və bir o qədər də şərəfli səhifələrindən biridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilmiş, dinc əhaliyə divan tutulmuşdur. Terror nəticəsində aralarında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmaqla 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Öncədən planlaşdırılmış bu terror aktı Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqın milli mənliyini təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Hadisələrdən bir neçə gün öncə Bakı şəhərinin xəstəxanalarının boşaldılaraq yaralı hərbiçilərin yerləşdirilməsi üçün hazırlıq görülməsi, Sovet ordusu hərbi qulluqçularının ailə üzvlərinin təcili surətdə Bakı şəhərindən köçürülməsi, əhalini tərksilah etmək bəhanəsi ilə faciə öncəsi hətta milis işçilərindən belə silahların alınması və qoşunların hərbi təcavüz məqsədi ilə əraziyə yeridilməsi üçün hər cür şərait yaradılması hadisənin öncədən planlaşdırılmasından xəbər verirdi.

Qanlı yanvar faciəsinin mahiyyətini və əsl səbəbkarlarını xalqdan gizlətmək və cinayəti ört-basdır etməyə çalışan Sovet hakimiyyətinə qarşı ilk kəskin reaksiya hər zaman qəlbi öz xalqı ilə döyünən dahi azərbaycanlı Heydər Əliyevdən gəlmişdir. Xalqının layiqli övladı Heydər Əliyev hadisənin sabahı günü milli mücadilə nümunəsi ortaya qoyaraq ona olunan təhdidlərə və hədə-qorxulara məhəl qoymadan Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet rəhbərliyini sərt tənqid edərək faciəyə hüquqi və mənəvi qiymət verilməsini, qırğını törədənlərin cəzalandırılmasını tələb etdi.

20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsinə ölkəmiz müstəqillik qazandıqdan sonra ölkəyə rəhbərlik etmiş şəxslər tərəfindən belə biganə yanaşılmış, yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanından sonra 20 Yanvar faciəsinin ildönümünün keçirilməsi üçün Dövlət Komissiyası yaradılmış, Azərbaycan Respublikası Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi tövsiyyə olunmuş, bu məqsədlə xüsusi sessiyasının keçirilməsi bildirilmişdir. Milli Məclisin 29 mart 1994-cü il tarixli iclasının qərarı ilə, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.

Qanlı yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsində xalqımızın iradəsini daha da gücləndirərək ölkəmizin öz azadlığına qovuşmasında önəmli rol oynadı.

Xalqımız azadlığı, müstəqilliyi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizi heç zaman unutmayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlkin Əliyev
Yeni Azərbaycan Partiyasının Zərdab Rayon təşkilatının sədri


Oxunub: 243

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər