gundem / iqtisadiyyat / Cəmiyyət
20.01.2025, 15:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi (Açıq tender) elan edib.
"DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsi Zəngilan şəhər inzibati binasının tikintisi işləri ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 5 milyon 265 min 709 manat 81 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, Zəngilan şəhərində inzibati binanın təməli 2023-cü ilin may ayında qoyulub.