Dünyanın ilk trilyoneri kim olacaq?

Milyarderlər "yarışda" geri qalır. İlk trilyonerlər artıq yoldadır.

Valyuta.Az "Oxfam" təşkilatının bazar günü yayımladığı illik qeyri-bərabərlik hesabatına istinadla xəbər verir ki, hazırkı tendensiyalar davam edərsə, növbəti on il ərzində ən azı beş nəfərin sərvəti 1 trilyon ABŞ dollarını aşacaq.

Hazırda dünyanın ən zəngin şəxsi olan "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask (Elon Musk) sərvəti 430 milyard dollardan artıqdır və onun bu rəqəmə beş ildən az müddətdə çatacağı gözlənilir.

"Oxfam", 2024-cü ilin dünyanın ən varlı şəxsləri və ailələri üçün olduqca qazanc gətirən bir il olduğunu bildirib. Xüsusilə ABŞ-ın sürətlə artan fond bazarı bu artımın əsas səbəblərindən biri kimi göstərilib. Sərvətlərin bu qədər sürətlə artması "Oxfam"ın əvvəlki il üçün hazırladığı hesabatı yenidən nəzərdən keçirməsinə səbəb olub. İndi proqnozlara görə, növbəti on il ərzində yalnız bir nəfərin deyil, bir neçə nəfərin trilyoner olacağı gözlənilir.

"Bu, təsəvvür edilməz bir məbləğdir,” – deyə "Oxfam America" təşkilatının yüksək vəzifəli siyasət rəhbəri Rebekka Riddel (Rebecca Riddell) bildirib. "Bu cür ifrat qeyri-bərabərlik qətiyyən qeyd etməyə dəyər bir şey deyil.”

İrs yolu ilə sərvət ötürülməsi və vergilər

Riddel bildirib ki, "əgər tədbir görülməzsə, insanlıq tarixində ən böyük nəsillərarası sərvət köçürülməsinə şahidlik edəcəyik — bu sərvətlər nə əməklə qazanılıb, nə də düzgün şəkildə vergiyə cəlb edilib.” "Oxfam" hökumətləri zəngin şəxslərdən və korporasiyalardan ədalətli vergi toplamağa çağırır.

İrs yolu ilə sərvət köçürülməsinin geniş yayılmasının səbəblərindən biri, ölkələrin üçdə ikisinin birbaşa nəslə keçən mirasları vergiyə cəlb etməməsidir. ABŞ-da isə əmlak vergisi vergi güzəştləri və ondan yayınma strategiyaları səbəbindən əhəmiyyətli dərəcədə azaldılıb.

"Oxfam"ın "Yaradıcılar deyil, mənimsəyənlər" adlı hesabatı bildirir ki, milyarderlərin sərvətlərinin üçdə birindən çoxu irs yolu ilə əldə olunur. 2023-cü ildə ilk dəfə olaraq milyarderlərin irs yolu ilə sərvət qazanması sahibkarlıq yolu ilə əldə etdikləri sərvətdən daha çox olub. Bundan əlavə, 30 yaşdan aşağı olan 17 milyarderin hamısı sərvətlərini miras yolu ilə əldə edib.

Kasıbçılıq göstəriciləri

Hesabata görə, dünyada yoxsulluq içində yaşayan insanların sayı 1990-cı ildən bəri demək olar ki, eyni səviyyədə qalıb. "Oxfam" əlavə edib ki, dünyanın ən zəngin 10 nəfərindən biri sərvətinin 99%-ni itirsə belə, hələ də milyarder olaraq qalacaq.

Milyarderlərin artan siyasi təsiri

2024-cü ildə milyarderlərin sayı 200 nəfərdən çox artaraq 2,770 nəfərə çatıb. Onların ümumi sərvəti 2,1 trilyon dollar artaraq 15 trilyon dollara yüksəlib. ABŞ-da isə 816 milyarder var və bu qrupun ümumi sərvəti 1,4 trilyon dollar artıb.

"Oxfam"ın hesabatı "Forbes" tərəfindən toplanmış məlumatlara əsaslanır və hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun başlanğıcına təsadüf edir. Bu hesabat ABŞ-da milyarder Donald Trampın (Donald Trump) prezidentlik vəzifəsini icra etməyə başlamasından bir gün əvvəl yayımlanıb.

Hesabatda qeyd edilir ki, İlon Mask və digər milyarderlər, o cümlədən "Amazon"un qurucusu Ceff Bezos (Jeff Bezos), "Oracle"ın qurucusu Larri Ellison (Larry Ellison), "Meta"nın rəhbəri Mark Zukerberq (Mark Zuckerberg) və "LVMH"nin rəhbəri Bernard Arno (Bernard Arnault) ailəsi yaxın illərdə trilyonerlik statusuna çata bilər.

Rebekka Riddel bildirib ki, Maskın siyasətə və qərar qəbul etmə prosesinə təsiri milyarderlərin iqtisadi və siyasi sistemdə yaratdığı təsirin nümunəsidir.

Baydenin xəbərdarlığı

Keçmiş prezident Co Bayden (Joe Biden) Oval Ofisdəki vida çıxışında ultra-zənginlərin siyasi və iqtisadi hakimiyyətindən danışıb. O, bildirib: "Bu gün Amerikada ultra-zənginlərin yaratdığı oliqarxiya formalaşır ki, bu da demokratiyamıza, əsas hüquqlarımıza və hər kəs üçün ədalətli irəliləyiş imkanlarına ciddi təhlükə yaradır.”


Oxunub: 266

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər