Növbə diş həkimlərinə çatdı: Saxta diplomlu stomotoloqlarla bağlı yoxlamalara başlanıldı — RƏSMİ

DogruXeber.az: - Ölkədə plastik cərrahiyyədən sonra stomatoloji xidmət də müzakirə mövzusuna çevrilib. Belə ki, plastik cərrahiyyədən çox sayda şəxsin zərər çəkdiyi və bir çox həkimin əslində bu sahədə diplomunun olmaması və ya saxta olması məsələni gündəmə çevirib.

Səhiyyə Nazirliyi plastik cərrahlara bu il yanvar ayının 31-dək müddət verib. Onlar bu müddətədək baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və bu kimi sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini nazirliyə təqdim etməlidirlər.

Bunun üçün Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Ölkədə icbari tibbi sığortaya daxil edilməyən və geniş yayılan tibbi xidmət növündən biri də stomatoloji xidmətdir. Həm paytaxtda, həm də bölgələrdə addımbaşı stomatoloji xidmət göstərən məkanlara rast gəlinir. Burada çalışan ağ xalatlıların isə hansı tibb müəssisəsində təhsil aldığı, hansı ixtisasa yiyələndikləri, dişlə bağlı bütün prosedurları etmək ixtiyarında olduqları bəlli deyil.

Bəs stomatoloqlarla bağlı durum nə yerdədir? Onların diplomları, fəaliyyətlərinə nəzarət olunurmu?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz:

““Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər. Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz”.

Qeyd edilib ki, şikayətlər əsasında xidməti yoxlamalar keçirilir:

“Yalnız vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti özəl tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur”.

Qurum vətəndaşlara müraciət edərək problemlə qarşılaşdıqları halda onlara müraciət edilməsini istəyib:

“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”. (Bizim.Media)


Oxunub: 204

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər