Gömrük komitəsinin binası yeni nazirlik üçün hazırlanır – Büdcəni dolduran qurumlar birləşdirilə bilər…

“Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Vergi Xidməti (DVX) və Dövlət Xəzinədarlığı Agentliyi birləşəsi olsa, yeni qurum üçün DGK-nın təp-təzə inzibati binası da tam hazırdı”.

DogruXeber.az: - Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb. “Keçən dəfə Dövlət Vergi Xidmətinin hesabına tikilən binaya İqtisadiyyat Nazirliyi sahib çıxmışdı”. Ekspert güman edir ki, görünür, DVX üçün yenilik gözlənilir. O, vurğulayıb ki, uzun müddətdir, DGK təzə inzibati binaya köçə bilmir. “Sınıq-salxaq, döşəməsi çökən otaqlarda qalıblar. Elə bil kimsə qəsdən DGK-nın yeni binasının açılışını ləngidir”, – Osman Gündüz əlavə edib.
Xatırladaq ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə naziri Samir Şərifov 19 il tutuduğu vəzifədən azad edilərək Baş nazirin müavini təyin edilib. Maliyyə naziri vəzifəsinə isə hələlik təyinat aparılmayıb. Hökumətə yaxın mənbələrdən mətbuata sızdırılan məlumata görə, yaxın günlərdə DGK, DVX və Maliyyə Nazirliyinin bəzi qurumları birləşdirilərək Dövlət Gəlirləri Nazirliyi yaradılacaq. İddia olunur ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni qurumun rəhbəri təyin ediləcək, bir sıra gənc kadrlar da onun müavinləri postuna gətiriləcək.
Osman Gündüzün ictimailəşdirdiyi fakt sözügedən informasiyaların əsassız olmadığı, hökumətdə yeni qurumun yaradılmasının texniki-təşkilatı işlərinə hazlıq getdiyi barədə təsəvvür yaradır.

Hökumətin bu qərara gəlməsinin əsas səbəbi kimi adıçəkilən qurumlarda şəffaflığın təmin olunması, maliyyə itkilərinin, korrupsiya və başqa neqativ amillərin aradan qaldırılması, idarəetmənin mobilləşdirilməsi ehtiyacı ilə izah olunur. Qeyd olunur ki, artıq bu addım dövlətə məxsus təsərrüfat hesablı şirkətlərin, nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının idarə edilməsində tətbiq olunur. Hökumət rəhbərliyi ilkin nəticələrdən razı qalıb və bu təcrübənin dövlət gəlirləri sahəsində tətbiq edilməsi qərara alınıb. /azpolitika.info


Oxunub: 185

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər