Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

"Mərkəzi Bankın rəhbərliyi media nümayəndələri ilə 2 gün əvvəl keçirdiyi görüşdə açıqlayıb ki, hazırda ölkədə depozit hesabı olan fiziki şəxslərin sayı 150 min ətrafındadır. Təəssüf ki, ümumi depozit hesablarının sayı barədə rəsmi məlumat yoxdur. Çünki bəzən bir şəxsin xarici valyutada və manatda ayrıca hesabları olur. Yaxud, 100 min manatlıq sığortalanma limitinə görə fərqli banklarda bir neçə fərqli manat hesabı ola bilir”.

Bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, bu məlumat ümumi depozit hesablarının sayı barədə dəqiq təsəvvür yaratmır: "Bu rəqəmi də deyiblər ki, bütün əmanətlərin 78 faizi 30 min manata qədər olan əmanətlərə aiddir. 18 və yuxarı yaşda əhalinin sayının 7,6 milyon nəfərə yaxın olduğu nəzərə alınsa, bu o deməkdir ki, əhlainin ən yaxşı halda 2 faizinin banklarda depozit hesabı var.

Depozitlərin 78 faizinin məbləği 30 min manata qədər olan hesablarda yerləşdirilməsi ilə bağlı statistikaya gəldikdə, bu, ölkədə sərvət təbəqələşməsinin real miqyasını görmək baxımından çox önəmlidir.

Təbii ki, 30 min manata qədər əmanəti olanlar arasında hətta 1000-2000 manatlıq məbləğlər də var.

Mərkəzi Bank bu kateqoriya üzrə orta depozit məbləğini açıqlamış olsa idi, mənzərə çox aydın görünərdi. Belə bir statistika olmadığı üçün yeni maksimum bir rəqəm üzərindən ehtimal əsasında təxmini hesablama aparsaq nəticə belədir: hətta bir əmanətçi üzrə orta depozit məbləği 20 min manat olsa, bütün şəxslərin (150 min) 78 faizində ən yaxşı halda 3 milyard manat depozit olduğunu söyləmək olar.

Vətəndaşlara məxsus bütün depozitlərin 14,2 milyard manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, ən zəngin 20 faiz depozit sahibi bank sektorundakı bütün depozitlərin təxminən 75 faizinə də sahibdirlər.

Amma hətta nəzəri olaraq həmin əmanətçilərin hamısında istisnasız olaraq 30 min depozit olsa, 78 faiz əmanət sahibinin malik olduğu vəsaitlərin həcmi bütün əhali depozitlərinin 30 faiz ətrafında olduğu görünür.

Belə bir iddia səsələnə bilər ki, əhali sandıq və yastıq altında yığıma daha çox üstünlük verir. Amma sığortalanmanın olduğu şəraitdə insanların böyük əksərriyyətinin sərbəst pul vəsaitlər sayəsində faiz gəlirləri əldə etməmək istəməməsi heç real görünmür.

İkincisi, dövlət qurumları zəhmət çəkib müxtəlif etibarlı müayinə və tədqiqatlar əsasında yastıqaltı yığım dövriyyəsinin real miqyasını ortaya çıxarsın və əhalinin bank sektoruna niy güvənmədiyinin səbəblərini də dilə gətirsin”.

Ekspertin fikrincə, problem yoxsulluğun miqyasının geniş olmasıdır: "Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcəkləri vəziyyətdədirlər. Təqdim olunan statistika Azərbaycanda sərvət və gəlir bərabərsizliyinin fotosu hesaba oluna biləcək nadir və açıq rəsmi məlumatlardan biridir”.


Oxunub: 200

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər