İmtahanlardan keçmək taksi sürücülərinə nə qazandırır?

Bildiyimiz kimi, ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir.

Maraqlıdır, bu günə kimi neçə nəfər bu imtahanlarda iştirak edib?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Trend-ə bildirib ki, taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bu günə kimi 6 678 nəfər imtahanda iştirak edib.

“Onlardan 5 983 nəfəri uğur qazanıb və şəhadətnamə alıb. Bu günə olan məlumata əsasən, bundan sonra, bu gün də daxil olmaqla 5 444 nəfər üçün imtahan keçirilməsi nəzərdə tutulub”, - o qeyd edib.

O əlavə edib ki, bu siyahıda, rəqəmlərdə artım ola bilər:

“Çünki taksi sürücüləri üçün keçirilən imtahanlar sifariş əsasında həyata keçirilir. Sürücülər üçün təlimlər, hazırlıq kusları keçirilir və bu imtahan zamanı həmin kurslarda iştirak edən şəxslərin hazırlığının qimətləndirilməsi aparılır”.

Bəs, sürücülər üçün keçirilən imtahanlar namizədlərə nə qazandırır?

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu imtahanın keçirilməsində başlıca məqsəd ondan ibarətdir ki, taksi sürücülərinin etik davranış qaydaları ilə bağlı ümumi məlumatları olsun.

“Artıq bir müddətdir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan keçirilir. Əlbəttə, bu imtahanın keçirilməsində başlıca məqsəd ondan ibarətdir ki, taksi sürücülərinin etik davranış qaydaları ilə bağlı ümumi məlumatları olsun və yaxud da məlumatları olmalıdır ki, onlar sertifikat əldə edə bilsinlər. Həmçinin yol-nəqliyyət hərəkətinin təşkili zamanı, sərnişin daşınmada sərnişinlərlə münasibət və digər psixoloji amillər məhz bu imtahan əsasında müəyyənləşdirilir. Təbii ki, imtahandan keçən namizədlərə də sertifikatlar təqdim olur”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, əgər kimsə məhz taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə, imtahandan keçməlidir:

“Yəni, kimsə qarşısına məqsəd qoyub ki, mən taksi sürəcəm, taksi istifadə edəcəm, əlbəttə ki, həmin kəslərə dövlət imkan yaradır ki, siz sertifikat alandan sonra müvafiq xidməti göstərə bilərsiniz. Sertifikat almadan olmaz. Və o zaman da təbii ki, həmin taksi sürücüləri məcburdurlar ki, öz xidmət sferalarına uyğun olaraq müəyyən qaydaları öyrənsinlər və onlara əməl etsinlər. Düşünürəm ki, bu imtahan sürücülərə ən azı psixoloji, etik davranış qaydalarını öyrədə bilir.

Məhz etik və psixoloji qaydalar üzərindən düşünsək, ən azı bunları əldə edə bilirlər. Hansı ki, həmin şəxslər sertifikat alırlar və həmçinin yol nəqliyyatı ilə bağlı təhlükəsizliyin tənzimlənməsi və təhlüksizlik qaydaları, dövlət yol nişanları və s. Bunlar haqqında ən azı informasiya sahibi olurlar. Düşünürəm ki, sürücülər müəyyən prosesləri bilmədən və ya qismən bilərək yola çıxırdılarsa, artıq sertifikatı əldə etmək üçün onlar məcburdurlar ki, müəyyən araşdırma aparsınlar, nələrsə öyrənsinlər. Nəticə etibarilə öz biliklərini bu istiqamət üzrə artırırlar. Və belə olan halda əlbəttə ki, müəyyən savad əldə etdiklərini düşünürəm. Yəni, demək olar ki, ümumi prosesin də müsbət cəhəti, müsbət tərəfi məhz bundan ibarətdir”.

Qeyd edək ki, həmin imtahanlardan biri də ötən gün keçirilib. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1 563 nəfər qeydiyyatdan keçib.


Oxunub: 119

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər