QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

DogruXeber.az: - Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satınalınması üzrə 09.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “DADAŞ-N” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 424.012,94 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırırlır. Məlumat dövlət satınalmalarının internet portalında 23.01.2025-ci ildə dərc edilib.

Müsabiqənin şərtlərinə görə “DADAŞ-N” MMC QİÇS-lə Mübarizə Mərkəzini daşıyıcı parcalı loqolu 40 ədəd, kepka loqolu orta 50 ədəd, birdəfəlik istifadə vasitə (N3) 90 000 paçka, xüsusi loqolu cap edilmiş yazili fincan 5 ədəd, loqolu yazı koynək 50 ədəd kimi mallarla təchiz etməlidir.

Bundan əlavə Respublika QİÇS-lə Mübarizə Mərkəzi insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə işinin təkmilləşdirilməsi və profilaktikası məqsədilə malların satınalınması üzrə 10.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “GLOBAL STATIONERY OFFICE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 198.075,39 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırırlır. Məlumat dövlət satınalmalarının internet portalında 23.01.2025-ci ildə dərc edilib.

Bu müsabiqənin şərtlərinə görə “GLOBAL STATIONERY OFFICE” MMC QİÇS-lə Mübarizə Mərkəzini “Məlumat yazılı nişan yaxalıq” 18.200 ədəd, “Xüsusi loqo yazılı qovluq tipli çanta” 18.800 ədəd, iki tərəfli yazılı gel qələm 22.250 ədəd, “Xüsusi yazı məlumatlı qeydiyyat bloknot” 19.500 ədəd kimi mallarla təchiz etməlidir.

Bu məlumatlardan da göründüyü kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi yuxarıda qeyd etdiyimiz şirkətlərlə bir gün ərzində ümumi dəyəri 622 088 manat dəyəri olan iki satınalma müqaviləsi bağlamağa hazırlaşır.

İndi gəlin QİÇS-lə Mübarizə Mərkəzinin aldığı altı yüz min manatdan çox dəyəri olan mallara nəzər salaq. Hesablasaq ən keyfiyyətli 40 ədəd parcalı loqolu daşıyıcının, 50 ədəd loqolu kepkanın, 5 ədəd xüsusi loqolu fincanın, 50 ədəd loqolu koynəyin qiyməti 3-4 min manat etməz. Mərkəzin almaq istədiyi 90 000 paçka birdəfəlik istifadə vasitəsi (N3) isə qarışıq kontraseptivlər və estrogenlərlərdir. “Aptekonline.az” dərman çatdırılma xidmətinin saytında (N3) 1 paçka kontraseptivin (prezervativ) qiyməti 1-5 manat arası dəyişir. Əgər topdan alınarsa bu qiyməti xeyli aşağı da salına bilər. İndi kim zəmanət verə bilər ki, “DADAŞ-N” MMC 1 mantlıq vasitəni QİÇS-lə Mübarizə Mərkəzinə 3 manata, yaxud da 2 manatlığı 4 manata satmayacaq.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DADAŞ-N” (VÖEN:4401087631) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2016-cı il tarixdə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanının AĞDAM RAYONU, AĞDAM ŞƏHƏRİ, 20 YANVAR KÜÇƏSİ , ev Ağdam Sənaye Parkı, qanuni təmsilçisi kimi isə Dadaşov Nəsimi Cəfər oğlu qeyd olunub. MMC-nin ilk hüquqi ünvanı QƏBƏLƏ RAYONU, VƏNDAM kəndi olub.

“DADAŞ-N” MMC daha çox yumşaq inventarlar və xüsusi geyimin satınalınması ilə məşğuldur. Mətbuata yayaılan məlumata görə MMC-nin direktoru Nəsimi Dadaşov 1995-ci ildən fəaliyyət göstərən müəssisənin Azərbaycanda sənaye üsulu ilə xalça istehsalını həyata keçirən yeganə şirkət olduğunu vurğulayıb. Maraqlıdır şirkət 1995-ci ildən fəaliyyət göstərirsə nədən Vergi Xidmətinin məlumatlarında 2016-cı ildə qeydiyyata alındığı göstərilir.

Ötən ilin martında yayılan digər bir məlumata görə “DADAŞ-N” MMC-nin qanuni təmsilçisi və direktoru Dadaşov Nəsimi Cəfər oğlu Ağdam Sənaye Parkında özünə məxsus olan iplik və xalça fabriki inşaa etdirir. İş adamı ölkəmizdə iş icazəsi olmayan İran İslam Respublikasının vətəndaşı Nikrouz Forouzandehi həmin fabrikinin memarı və layihə rəhbəri kimi çalışdırıb. Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən şirkətin sahibinə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nəsimi Dadaşov İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinib və 15.000 manat məbləğində cərimə edilib. Qeyd edək ki, Dadaşov Nəsimi Cəfər oğlu bundan başqa “BARAMA-N”, “SASAR İSTEHSAL MALLARI”, “NƏSİMİ 1965″ ,”SARAR İSTEHSAL MALLARI” MMC-lərin də qanuni təmsilçisidir.

QİÇS-lə Mübarizə Mərkəzinin iki yüz min manata yaxın vəsait ayırdığı digər satınalmada da şübhəli məqamlar çoxdu. Mərkəz 18.200 ədəd məlumat yazılı nişan yaxalıq almaq istəyir ki, “umico” marketdə müxtəlif ölçülərdə yazılı yaxa nişanlarının qiyməti 45 qəpikdən başlayaraq 2 manata qədər dəyişir. “Antaris” ofis ləvazimatları mağazasında qovluq tipli çantaların qiyməti isə 5-12 manat arası dəyişir.”Libraf” mağazalarında isə iki tərəfli yazılı gel qələmin qiyməti 32 qəpokdən başayıb 1,10 manata qədər dəyişir. “Antaris” ofis ləvazimatları mağazasında qeydiyyat bloknotların qiyməti səhifəsinə görə 6 manatdan 30 manata qədər qədər dəyişir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL STATIONERY OFFICE” (VÖEN:1405058441) Məhdud Məsuliyyətli Cəmiyyətinin12.02.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 15, m. 24, qanuni təmsilçisi kimi isə Cavadov Mayıl Pərviz oğlu qeyd olunub.

MMC daha çox dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə məşğuldur. Yalnız 2024-cü ildə bir çox dövlət qurumlarının keçirdiyi 60-dan çox açıq tender və kotirovka sorğularının qalibi olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi sözügedən MMC ilə 291.723,02 manat məbləğində 15.02.2024-cü ildə, 29.172,02 manat məbləğində 14.05.2024-cü ildə də iki satınalma müqaviləsi bağlayıb. Topdan dəftərxana ləvazimatı satışı ilə məşğul olan bu MMC-nin nə saytı aktiv deyil. Marsol qrupun məlumatlarında MMC -nin 12-dən artıq xarici şirkətlərin təmsilçisi olduğu göstərilir. Ünvaı isə Sədərək TM şirniyat sıra 11 mağaza 71-73-də yerləşir.

Göründüyü kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi “DADAŞ-N” və “GLOBAL STATIONERY OFFICE” MMC-lərlə hələ pərakəndə satış qiymətləri ucuz olan mallara ümumi dəyəri 622 088 manat vəsaiti bir gün ərzində ayırıb. Yüz minlərlə manat dövlət vəsaitinin bu kimi malların alınmasına ayrılmasını mütəxəsislər hesablasa daha yaxşı olardı. Amma qiymətlərin şişirdildiyi də burada açıq-aydın görsənməkdədir.

Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovdur. O, bu vəzifəyə 02 sentyabr 2021-ci ildə hələ səhiyyə nazirinin birinci müavini olarkən Teymur Musayevin əmri ilə təyin edilib.//Aktualinfo.org


Oxunub: 195

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər