gundem / dunya
25.01.2025, 16:30
“Vinisius gedir” xəbərinə Ançelottidən reaksiya: Məndə məlumat var ki…
“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun hücumçusu Vinisius Juniorun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
"DogruXeber.az" xəbər verir ki, Ançelottinin sözlərinə görə, braziliyalı futbolçu “Real”da xoşbəxtdir.
“Məndə futbolçunun özündən məlumat var ki, o, burada çox xoşbəxtdir. O, ilk növbədə “Real”da tarix yazmaq istəyir. O və burada olan hamımız razılaşırıq ki, biz burada xoşbəxtik.
İnsanlar unudublar ki, Vinisiusla biz iki dəfə Çempionlar Liqasını qazanmışıq. Vinisius, şübhəsiz ki, əvəzolunmaz oyunçudur”, – “L’Équipe” italyan məşqçinin sözlərini sitat gətirib.