Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar

DogruXeber.az: - Sabiq deputata məxsus tikinti şirkəti sakinlərin həyatını təhlükə altında qoyub. Şirkət gecə yarısı, insanlar evdə olan zaman heç bir təhlükəsizlik tədbirləri görməyərək söküntü aparmaq istəyib.

Şirkət işçiləri gecə saat 12-də söküntü işlərini həyata keçirmək üçün traktoru kran vasitəsi ilə 5 mərtəbəli binanın üzərinə qaldırıblar. Lakin bu zaman heç bir təhlükəsizlik qaydalarına əməl edilməyib. Ətrafda xeyli sayda maşın, piyadalar olub. Həmçinin sökülməsi nəzərdə tutulan binaya bitişik olan bir mərtəbəli evlərdə də sakinlər olub. Şirkət söküntüyə başlayanda beşinci mərtəbədəki tikilinin dağıntıları həmin evlərin üzərinə tökülüb. Şirkət söküntünün təhlükəli olduğunu gördüyü üçün işi dayandırıb.

Qeyd edilən ərazidə olan bir mərtəbəli evlərdən biri də jurnalist Aytən Məmmədovanın anasına məxsusdur.

Aytən Məmmədova bir müddətdir qarşılaşdıqları problemlərlə bağlı bunları deyib:

“Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat tikinti maqnatı, un bazarında monopolist, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır. Onun qanunsuzluğuna, özbaşınalığına “dur” deyə bilmədiklərinə görə!

Anamın divarına bitişik beşmərtəbəli binanı söküb, tökür başlarına! Heç bir şişirtmə-filan yoxdur. Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Qaldırıb texnikanı qoydular binanın başına. Düşündük ki, insandırlar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar. Amma yox. Anamgil yatdığı zaman gurultu qopub. Yuxarıdan bunlar sökməyə başlayanda tökülüb damın üstünə. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldular, dayandırdılar”.

Aytən Məmmədova qeyd edib ki, şirkət eyni əməllərinə yenidən başlayıb: “Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədir. 70 yaşlı adam qorxu içində yaşayır ki, bina uçurulacaq başımıza…

Ən əsası, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var. O qərarın bunlar üçün qara qəpiklik dəyəri yoxdursa, bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Deməli, möhkəm yerə bağlıdır. Fikirləşirlər ki, kiməsə nəsə olsa da, canı cəhənnəmə…

Adamlar nə istəyir? Anamın cəmi 50-55 kvadrat evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib.

Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadrat metrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadrat metri 2100 manatdan alıb. Bu hansı insafa, vicdana sığar?

Anamın evinin yeri çox yaxşıdır, deyirlər ki, guya orada ev tikilməyəcək, məktəb olacaq. Belə eşitmişik ki, arxa tərəfdə tikəcəkləri binalara görə burada özəl məktəbi bunların üzərinə “şapka” qoyublar. Bu da sakinlərin problemi deyil. Kimsə gələcəkdə pullu məktəbdən yaxşı gəlir götürəcək deyə, indi adamları öldürməlisiz”.//Musavat.com


Oxunub: 154

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Ceyhun Bayramov: “İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır”

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

Robotlar insanlarla yarışdı - Çində ilk

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Prezident qanunu imzaladı

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bütün xəbərlər