Siyahı açıqlandı: 2025-ci ilə damğa vuracaq inqilabi texnologiyalar

"MIT Technology Review" 2025-ci ildə izlənilməsi vacib olan və gələcək illərə ciddi təsir edəcəyi proqnozlaşdırılan ən mühüm texnologiyaları müəyyənləşdirib.

"DogruXeber.az" xəbər verir ki. yeni ilə qədəm qoyduğumuz qısa müddət ərzində artıq bir sıra təsiredici texnoloji yeniliklərlə qarşılaşmışıq. Şübhəsiz ki, ilin qalan hissəsində daha çox inkişaf baş verəcək.

MIT 2025-ci ildə diqqət çəkəcək inqilabi texnologiyaların siyahısını təqdim edib. Bu texnologiyaların yalnız cari ildə deyil, qarşıdakı onilliklərdə də dünyamıza böyük təsir göstərəcəyi gözlənilir. Siyahıda ən çox diqqət çəkənlər bunlardır:

Vera C. Rubin Rəsədxanası

Çilidə yerləşən güclü teleskop 2025-ci ildən etibarən cənub səmasını 10 il boyunca araşdırmağa başlayacaq. Bu teleskop astronomlara qaranlıq maddəni öyrənmək, Süd Yolu qalaktikasını daha dərindən araşdırmaq və kainat haqqında yeni biliklər əldə etmək imkanı verəcək.

Məhsuldar süni intellekt axtarışları

Son aylarda süni intellekt sahəsində inanılmaz irəliləyişlər baş verib. Xüsusilə "DeepSeek"in ani uğuru, süni intellektin potensialının hələ başlanğıc mərhələsində olduğunu göstərir. MIT də bu fikirlə razıdır və 2025-ci ildə ən mühüm texnoloji sıçrayışlardan birinin üretken süni intellekt axtarışları olacağını bildirir.

Kiçik dil modelləri

Süni intellekt sektorda dominant mövqeyini qorumağa davam edərkən, kiçik dil modelləri bu texnologiyanı adi istifadəçilər üçün daha əlçatan edəcək. Daha böyük və bahalı modellərlə rəqabət apara bilən bu nisbətən az xərc tələb edən sistemlər (məsələn, "OpenAI o3-mini") 2025-ci ildə necə inkişaf edəcəyi ilə böyük maraq doğurur.

Robotaksi

MIT illərdir davam edən sınaqlardan sonra 2025-ci ildə robotaksilərin geniş yayılacaq texnologiyalardan biri olacağını düşünür. Məsələn, "Waymo" bu həftə avtonom sürüş texnologiyasını bu il 10 yeni şəhərdə sınaqdan keçirəcəyini açıqlayıb.

Sürətlə öyrənən robotlar

"Foxconn" fabriklərində istehsalı artırmaq üçün insanabənzər robotlardan istifadə etməyi planlaşdırır. MIT hesab edir ki, süni intellektdəki irəliləyişlər bu texnologiyanın inkişafı üçün həlledici rol oynayacaq. Bu robotlar yeni mühitlərə uyğunlaşaraq qısa müddətdə müxtəlif tapşırıqları yerinə yetirə biləcək.

Effektiv kök hüceyrə müalicələri

2025-ci ildə diqqət yetirilməli olan başqa bir texnoloji sıçrayış isə effektiv kök hüceyrə müalicələri ola bilər. MIT-nin qeyd etdiyi kimi, laboratoriyada istehsal olunan hüceyrələrin təcrübəvi transplantasiyası artıq epilepsiya və 1-ci tip şəkərli diabetin müalicəsində ümidverici nəticələr göstərir.


Oxunub: 197

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər