NASA Günəş tutulmasını yenidən yaratmaq üçün missiya həyata keçirəcək - Sirr açılacaq?

NASA Günəş və onun Günəş sisteminə təsiri ilə bağlı ən böyük sirrlərdən bəzilərini açmağa yönəlmiş yenilikçi bir missiyaya hazırlaşır. Yer kürəsinin Günəşə yaxın olmasına baxmayaraq, insanlar hələ də bu ulduzla bağlı bir çox prosesi və hadisəni tam anlamırlar.

"Dogruxeber.az" xəbər verir ki, bu barədə "The Independent" yazır.

Məsələn, Günəşin xarici atmosferinin onun səthindən daha isti olub-olmadığı hələ də məlum deyil. Bundan əlavə, NASA alimləri Günəş küləyinin necə formalaşdığını və kosmosda səyahət edərkən niyə sürətləndiyini başa düşmək istəyirlər.

Beləliklə, NASA Günəş alovları və tac kütlə atılmaları kimi hadisələri daha yaxşı araşdıraraq, onların insanlar və texnologiya üzərində təsirini öyrənməyi planlaşdırır. Bu tədqiqat elektrik enerjisinin kəsilməsi və ya peyklərin sıradan çıxması kimi halların səbəblərini dəqiq müəyyən etməyə kömək edə bilər. Eyni zamanda, alimlər kosmik hava proqnozlarının daha dəqiq olması üçün bu araşdırmanı aparmağı hədəfləyirlər.

"PUNCH (Tac və Heliоsfеranın Birləşməsi üçün Polarimetr) ölçmələri alimlərə bu potensial dağıdıcı hadisələrin necə formalaşdığını və inkişaf etdiyini daha yaxşı anlamağa imkan verəcək. Bu, Günəş fəallığının Yerə və kosmosdakı robotlaşdırılmış tədqiqat aparatlarına təsirini dəqiq proqnozlaşdırmağa kömək edə bilər. Günəş tacının və Günəş küləyinin birlikdə görüntülənməsi sayəsində alimlər bütün daxili heliosferanı – Günəşi, Günəş küləyini və Yeri bir-biri ilə bağlı vahid sistem kimi daha yaxşı dərk etməyə ümid edirlər", – NASA bildirib.

Bu missiya çərçivəsində tədqiqatçılar süni tam Günəş tutulması yaradaraq, Günəş tacının yüksək keyfiyyətli genişləndirilmiş görüntüsünü əldə etməyi planlaşdırırlar. Bunun sayəsində bu fenomen əvvəllər görünməmiş rakurslardan müşahidə edilə biləcək.

Buraxılışın 27 fevralda Kaliforniyada yerləşən Vandenberq Kosmik Qüvvələr bazasından həyata keçirilməsi planlaşdırılır. Qeyd edilir ki, SpaceX Falcon 9 raketi PUNCH layihəsi çərçivəsində dörd peyki Yerə yaxın orbitə çıxaracaq.


Oxunub: 184

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər