Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO

DogruXeber.az: - Bakı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasının ödənişsiz göz müayinəsi adı altında pasiyentləri aldatmasından şikayətçidir.

O, bu barədə redaksiyamıza müraciətində bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya - Batıgöz Xəstəxanasına yönəldiblər:

"Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub.

Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla "Gənclik" metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib.

Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər. Həkimin umduğunu vermədikləri üçün kor-peşman rayona dönməli olublar".

Klinika tərəfindən aldadıldığını bildirən Elşən İsrafilov isə deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:

"Sənədləri hazırlayanda bütün linzaların qiymətlərini elan etdilər. Biz də bildirdik ki, tibbi sığorta ilə gəlmişik. Çünki bizə demişdilər ki, Bakıya gəlin, sığorta ilə əməliyyat olunacaqsız. Bizdən 500 manat pul istədilər. Dedilər ki, guya sığortanın verdiyi linzalar pisdir, pul verin, yaxşısını verək. Biz də imtina etdik. Onların məqsədi əlavə linza adı ilə 500 manat almaq idi. Faktiki olaraq, həmin məbləği verənlər əməliyyat olundu, verməyənlər qapı dalında qaldı. Bu fırıldaqçılıqdan başqa bir şey deyil".

Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO

Sadiq İsrafilov

Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub. O qeyd edib ki, pasiyent müayinə üçün deyil, katarakt əməliyyatı üçün göndəriş alıb:

"Aydındır ki, Lənkəranın texniki imkanları Batıgöz qədər ola bilməz. Söhbət cihazlardan gedir. Mən həkimlə dəqiq maraqlandım. Biz həmin şəxsi Bakıya ona görə dəvət etmişik ki, müasir texnologiya ilə baxaq və gözündə nə olduğunu dəqiq müəyyən edək. Xəstə ödəniş etməmək üçün katarakt göndərişi alıb gəlib. Lakin biz burada onu iki həkimlə yoxladıqdan sonra gördük ki, görmə dərəcəsi 70 faizdən yuxarıdır. İcbari tibbi sığorta belə xəstələri pulsuz katarakt əməliyyatı etmir. Çünki görmə səviyyəsi 70 faizdən yuxarı olduqda bu, mümkün deyil. Görmə dərəcəsi çox zəif olmalı, yəni 50 faizdən də aşağı düşməlidir ki, icbari tibbi sığorta ilə əməliyyat mümkün olsun. Ona görə də həkimlər tərəfindən xəstəyə ağıllı linza məsləhət görülüb. Ağıllı linza görməni 100 faiz təmin etmək üçündür. Lakin ağıllı linza icbari tibbi sığorta zərfində yoxdur. Xəstə istəsə, ağıllı linzanı seçə bilər, istəməsə, adi linza qoydura bilər. Bu artıq xəstənin öz seçimidir və icbari tibbi sığorta bunu qarşılamır. Bu halda isə xəstə özəl xidmət kimi ağıllı linzanın pulunu ödəməli olur. Əgər xəstə bunu ödəmək istəmirsə, biz artıq onu icbari tibbi sığorta ilə əməliyyat edə bilmirik. Bu səbəbdən onun əməliyyatından imtina olunub".

Qeyd edək ki, Batıgöz Klinikası vaxtaşırı sosial şəbəkələrdə rayonlarda ödənişsiz göz müayinəsi ilə bağlı elanlar yerləşdirir. Lənkərandan başqa, yanvarın 5-də Bərdədə də belə bir qəbul keçirilib. Maraqlıdır ki, şikayətçi Sadiq İsrafilovun üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşımına rəy yazan digər vətəndaşlar da Batıgözün onları aldatdığından şikayət ediblər.

Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT/FOTO

Onu da qeyd edək ki, Batıgöz Klinikasından mövcud qanunvericiliyə görə, Elşən İsrafilovu tibbi sığorta ilə əməliyyat etmələrinin mümkünsüz olduğunu bildirsələr də, o, artıq digər özəl klinikalardan birində icbari tibbi sığorta ilə əməliyyat olunub./qlobal.az/


Oxunub: 216

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər