gundem / dunya
8.02.2025, 15:15
HƏMAS-ın 491 günlük əsirliyindən sonra İsrailə qayıtdılar
HƏMAS-ın 491 günlük əsirliyindən sonra daha 3 nəfər İsrail sərhədini keçib.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qəzza zolağından 3 nəfər Qırmızı Xaç tərəfindən təhvil verildikdən sonra İsrail xüsusi təyinatlıları tərəfindən təxliyə edilib.
Məlumata görə, İsrail buna cavab olaraq 183 fələstinli məhbusu azad edəcək.