gundem / idman / dunya
8.02.2025, 10:00
PSJ-dən yeni müqavilə
PSJ futbolçusu Nuno Mendeşlə yeni müqavilə imzalayıb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
22 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bu sözləşmədən sonra portuqaliyalı futbolçu Paris təmsilçisində ən çox qazanan futbolçulardan olacaq. Xəbərin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Nuno Mendeş bu mövsüm PSJ-nin heyətində 24 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib.