gundem / hadise / dunya
8.02.2025, 10:30
Radarlardan itən təyyarə qəzaya uğrayıbmış - Ölənlər var
Dünən Alyaskada radarlardan itən təyyarənin qalıqları tapılıb.
"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində olan 10 nəfərin hamısı həlak olub. Onlardan biri pilot, qalanları isə sərnişindir.
Xatırladaq ki, "Cessna 208B Grand Caravan" təyyarəsi dünən Alyaskada yoxa çıxmışdı.