2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

1815-ci ildə İndoneziyada yerləşən Tambora vulkanın bir neçə gün davam edən püskürməsi Sumbava, Lombok və Bali adalarında təxminən 120 min insanın ölümünə səbəb olub.

"DogruXeber.az" xəbər verir ki, tarixin ən güclü vulkanik püskürmələrindən biri hesab edilən bu hadisə qlobal təsirlərə yol açıb. Püskürmə nəticəsində atmosferə yayılan aerozollar Günəş işığını əks etdirərək üç il davam edən "vulkanik qış" yaradıb.

Bu fəlakətin ən nəzərəçarpan təsirləri 1816-cı ildə müşahidə edilib. Orta temperatur normaldan 3 dərəcə aşağı düşüb, mülayim iqlimə malik bölgələrdə belə yay aylarında qar yağıb, bəzi yerlərdə güclü yağışlar qeydə alınıb və Günəş işığı demək olar ki, görünməz olub. Xüsusilə Şimali Yarımkürədə kənd təsərrüfatına ciddi ziyan dəyib, məhsuldarlıq kəskin azalıb və genişmiqyaslı aclıq baş verib.

CNN-in xəbərinə görə, oxşar bir fəlakət yenidən baş verə bilər. Cenevrə Universitetindən iqlim mütəxəssisi Markus Stoffelin sözlərinə görə, 2100-cü ilə qədər yeni bir supervulkan püskürməsi ehtimalı 1/6-dir. Daha da narahatverici məqam isə insanlığın bu cür hadisəyə qarşı heç bir hazırlıq planının olmamasıdır.

Əsas narahatlıq doğuran amil püskürən vulkanlardan yayılan kükürd dioksid qazıdır. Bu qaz atmosferə qalxdıqda troposfer və stratosferə çataraq Günəş işığını udan və onu yenidən kosmosa əks etdirən kiçik aerozol hissəciklərinə çevrilir. Bu proses qlobal temperaturun aşağı düşməsinə səbəb olur və aerozollar atmosferdə bir neçə il qala bilər. Məsələn, 1991-ci ildə Filippindəki Pinatubo vulkanın püskürməsi Yer kürəsinin orta temperaturunu 0,5 dərəcə azaltmışdı. Üstəlik, bu püskürmə "böyük" hesab edilmir.

Alimlər xəbərdarlıq edirlər ki, qədim vulkanların daha şiddətli püskürmələri bundan da ciddi temperatur enişlərinə səbəb ola bilər. Temperaturun azalması ilə yanaşı, yağışların miqdarında da ciddi azalma gözlənilir. Bu, Afrika və Asiya üçün həyati əhəmiyyət kəsb edən musson yağışlarının da zəifləməsinə gətirib çıxara bilər. Nəticədə məhsuldarlıq kəskin şəkildə azalacaq və bu, ciddi qlobal böhrana səbəb olacaq. Belə bir hadisə iqtisadi çöküşə və mənbələr uğrunda artan gərginliklərə yol aça bilər.

Mütəxəssislər siyasətçiləri potensial supervulkan püskürməsinin fəsadlarını minimuma endirə biləcək planlar hazırlamağa çağırırlar. Eyni zamanda, Yer kürəsindəki 1600 aktiv səth vulkanından hansının belə bir fəlakətə səbəb ola biləcəyini müəyyən etmək üçün elmi araşdırmalar davam edir.


Oxunub: 211

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər