İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Göygöl rayonu İcra Hakimiyyətinin inzibati binasında "iclas" keçirən bələdiyyə sədrinə hökm oxunub.

"DogruXeber.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, 17 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri olan İslam İmanlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib və işə məhkəmədə baxılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, bələdiyyə üzvləri sədrinin seçildiyi ilk iclasdan başqa keçirilmiş digər hər hansı iclasda iştirak etməyiblər. Bələdiyyə üzvlərinin Toğanalı kənd bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılması və ya icarəyə verilməsi ilə əlaqədar, o cümlədən bələdiyyə vəsaitlərinin xərclənməsindən xəbərləri olmayıb.

İslam İmanlı məhkəmədə bildirib ki, kənd bələdiyyəsinin inzibati binasında lazımı şərait olmadığı üçün iclasların keçirilməsi mümkün olmayıb və bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə üzvləri iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırıb. Sabiq bələdiyyə sədri iclas protokollarını Göygöl rayonu İcra Hakimiyyətinin inzibati binasında olan komputer otağında təkbaşına tərtib edərək imzalayıb.

Bundan başqa İslam İmanlı Toğanalı bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 2892 manat olmuş ümumi büdcəsinin 146.47 manat məbləğində artıq, yəni 1592.47 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4603 manat olmuş ümumi büdcəsinin 1989.56 manat məbləğində artıq, yəni 4291.06 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 5323 manat olmuş ümumi büdcəsinin 2181.98 manat məbləğində artıq, yəni 4843.48 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 5961 manat olmuş ümumi büdcəsinin 2591.49 manat məbləğində artıq, yəni 5571.99 manat büdcə vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs bir il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzası təyin edilib.


Oxunub: 173

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər