Deputat Xanlar Fətiyevin rəhbərliyi dövründə…

DogruXeber.az: - Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Bakının mərkəzində mənzilin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.

Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”nə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və cidd-cəhdlə çalışır.

Bəs Elçin Həsənov kimdir? O təkcə mərhum Azad Rəhimovun qaynıdırmı?

Prosport.Az onun haqda məlumatları təqdim edir:

Əvvəla, onu bildirək ki, Elçin Həsənov idmana yad sima deyil. O, 2015-ci ildə I Avropa Oyunları üçün tikilən Bakı Su İdmanı Sarayına (Baku Aquatic Palace) direktor təyin olunub. Daha sonra o, həmin ilin oktyabrın 14-də o vaxt Su İdman Növləri Federasiyası adlandırılan Üzgüçülük Federasiyasına vitse-prezident vəzifəsinə gətirilib. Həmin federasiyanın prezidenti isə bu il yanvarın 18-dək millət vəkili Xanlar Fətiyev olub. Kim bilir, bəlkə də 2012-ci ilin iyunundan bu qurumun prezidenti olan Xanlar Fətiyevin federasiyadan qəfil gedişinin səbəblərində bu amil də var.

Lakin Azad Rəhimovun 2021-ci ildə vəfatı ilə əlaqədar Elçin Həsənovun da işlərində axsamalar yaranmağa başlayıb. Əvvəlcə, 2022-ci ilin mayında o, Bakı Su İdmanı Sarayındakı vəzifəsindən azad olunub. Bu barədə ilk xəbəri o vaxt Oxu.Az saytı yayıb. O, həmin vaxt oxu.az-a müsahibəsində “idmandan kənar başqa iş”lə məşğul olacağını bildirib: “Mən öz ərizəmlə işimdən ayrılmışam, heç kim məni qovmayıb. İdmandan kənar başqa sahədə işimi davam etdirəcəyəm. Ancaq bunu açıqlamağım doğru olmaz”.

“Sizin hoteliniz də var. İşinizi bu sahədə davam etdirəcəksiniz?” sualına isə belə cavab verib: “Yox, daha ciddi strukturda yeni işə başlayacağam. Ona görə də bütün sənədlərimi düzəltməliyəm”.

Həmin müsahibədə həmçinin, vitse-prezident vəzifəsində işinə davam edəcəyini bildirsə də, onu daha sonra federasiyanın hansısa tədbirlərində görən olmayıb. Nəticədə ötən ilin mayında onun boş qoyduğu vitse-prezident vəzifəsinə baş katibin müavini işləyən Tamerlan Abdullazadə seçilib


Oxunub: 208

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər