Gənc qadınlarda xərçəng riski artır: Səbəblər və qarşısını almağın yolları

Son illərdə gənc qadınlarda xərçəng halları sürətlə artır. Xüsusilə süd vəzi, qalxanabənzər vəzi (tiroid), uşaqlıq boynu, nazik bağırsaq və böyrək xərçənglərinin yayılma halları əhəmiyyətli dərəcədə yüksəlib.

"DogruXeber.az" "Hürriyet"ə istinadən xəbər verir ki, mütəxəssislər bu artımın əsas səbəblərindən birinin hormonal təsirlər olduğunu bildirir. Xüsusilə, östrojen hormonu bu prosesdə mərkəzi rol oynayır.

Xərçəngin görülmə yaşı niyə azalır?

Kembric Universitetinin onkoloqu Dr. Sayf Əhməd və onun komandası gənc yaşda xərçəng diaqnozu qoyulan qadınların sayının getdikcə artdığını qeyd edirlər.

"Süd vəzi xərçəngi əsasən yaşlı qadınlarda rast gəlinən bir xəstəlik olsa da, artıq 20, 30 və 40 yaşlı qadınlarda da yayılmaqdadır" deyə Dr. Əhməd vurğulayıb.

Xərçəngin daha gənc yaşlarda rast gəlindiyi digər sahələr də var:

* Son 20 ildə 50 yaşdan aşağı qadınlarda süd vəzi xərçəngi 13%, uşaqlıq boynu xərçəngi isə 14% artıb.
* Tiroid xərçəngi 231%, nazik bağırsaq xərçəngi 119% və böyrək xərçəngi 96% artım göstərib.

Mütəxəssislər, bu halların genetik faktorlarla yanaşı, həyat tərzi və hormonal dəyişikliklərlə də əlaqəli ola biləcəyini bildirirlər.

Gənc qadınlar niyə daha yüksək risk altındadır?

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, 50 yaşdan aşağı qadınların xərçəngə tutulma ehtimalı, eyni yaşdakı kişilərlə müqayisədə 82% daha çoxdur.

Onkoloq Dr. Siddhartha Yadav və onun komandası xüsusilə gənc yaşda başlayan xərçənglər üzərində araşdırmalar aparır. O bildirir ki, gənc qadınlar bu riski dərk etmədiklərinə görə, xəstəlik çox vaxt gec mərhələdə aşkarlanır və müalicə daha çətin olur.

Dr. Yadav əlavə edir: "Gənc xəstələrdə xərçəngin biologiyası yaşlılardan fərqlənir. Şişlərin strukturu da müxtəlif olur".

Xərçəng riskini artıran əsas amillər

1. Hormonal dəyişikliklər və östrojen hormonu

Harvard Universitetinin iki il əvvəl apardığı araşdırmaya görə, estrogen hormonu xərçəngin inkişafında daha əvvəl düşünüləndən daha böyük rol oynayır.

Estrogen süd vəzi və yumurtalıq hüceyrələrinin bölünməsini sürətləndirir, bu da mutasiyalara və xərçəngə səbəb ola bilər. Bu hormonun hüceyrə DNT-sinə birbaşa təsir edə biləcəyi və xərçəng riskini artırdığı düşünülür.

2. Artan piylənmə (obezlik)

Piylənmə bədəndəki estrogen səviyyəsini artıraraq xərçəng riskini yüksəldir. Dr. Yadav bildirir ki, artıq çəki süd vəzi və endometrium (uşaqlıq daxili qatı) xərçənglərinin artmasına səbəb ola bilər.

3. Erkən menstruasiya

Qızların erkən yaşda menstruasiyaya başlaması (menarş) estrogenə daha uzun müddət məruz qalmalarına səbəb olur ki, bu da xərçəng riskini artırır. JAMA jurnalında yayımlanan bir araşdırma, 12 yaşdan əvvəl menstruasiyaya başlayan qızların sayının artdığını göstərir.

4. Gec yaşda hamiləlik və doğum etməmək

Gec yaşda ana olmaq və ya ümumiyyətlə uşaq sahibi olmamaq da xərçəng riskini artıran amillərdəndir. Hamiləlik zamanı estrogen və progesteron səviyyələrinin dəyişməsi bədənin xərçəngə qarşı müdafiə mexanizmi rolunu oynaya bilər.

Dr. Yadav qeyd edir ki, uşağı olmayan qadınların uzun müddətdə süd vəzi və digər xərçəng növlərinə tutulma riski daha yüksəkdir.

5. Sənaye və işlənmiş qidaların təsiri

Qidalanma tərzinin dəyişməsi və ultra-işlənmiş qidaların artması, bəzi qadınlarda mikrobiomu dəyişdirərək, immun sistemin xərçəng hüceyrələrini yox etmə qabiliyyətini zəiflədə bilər.

6. Keyfiyyətsiz yuxu və stress

Onkoloq Dr. Lerri Norton deyib: "Qadınların keyfiyyətsiz yuxu alması və yuxu rejiminin pozulması hormonal balansı dəyişdirə bilər, bu da süd vəzi xərçəngi riskini yüksəldə bilər".

Xərçəngin erkən əlamətləri nələrdir?

Dr. Əhməd xərçəngin ilk xəbərdaredici siqnallarını izləməyin vacib olduğunu vurğulayır:

* Süd vəzisində düyün və ya anormal dəyişikliklər
* Bağırsaq xərçəngində qarın ağrısı, ürəkbulanma, tünd rəngli nəcis
* Uşaqlıq boynu xərçəngində cinsi əlaqə zamanı ağrı, normaldan kənar qanaxma və qoxulu axıntı
* Tiroid xərçəngində boyunda sərt, böyüyən yumru, səs dəyişiklikləri və limfa düyünlərinin şişməsi

Əgər bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.

Gənc qadınlar xərçəngdən necə qoruna bilər?

1. Ailənin tibbi tarixçəsini bilmək

Dr. Norton bildirir ki, bəzi qadınlar ailədən ötürülən genetik mutasiyalarla doğulur və bu, onları süd vəzi və yumurtalıq xərçənginə daha həssas edə bilər. Riskli kateqoriyaya düşənlər mütəmadi olaraq mamoqrafiya və ya MRT müayinəsindən keçməlidirlər.

2. Sağlam həyat tərzi keçirmək

* Nizamlı yuxu
* Daimi fiziki aktivlik
* Alkoqol istifadəsini minimuma endirmək
* Balanslı və təbii qidalanma

3. Özünü özünü müayinə etmək

Süd vəzi xərçəngi üçün hər ay güzgü qarşısında və duşda özünü yoxlamaq çox vacibdir. Əgər düyün, sərtlik və ya digər dəyişikliklər hiss edilərsə, dərhal həkimə müraciət edilməlidir.

4. Uşağı ana südü ilə qıdalandırmağın qoruyucu təsiri

Dr. Əhməd bildirir ki, ana südü ilə qidalanma zamanı süd vəzisi toxuması yenilənir, bu da xərçəng hüceyrələrinin yaranma ehtimalını azalda bilər.

Gənc qadınlarda xərçəngin artması narahatverici olsa da, müntəzəm yoxlamalar, sağlam həyat tərzi və erkən diaqnozla bu risk minimuma endirilə bilər.


Oxunub: 218

Son xəbərlər

AYNA bu dəfə də “Sea Breeze”i silib "Nardaran" yazdı – Fotolar

Azərbaycanda eşşəklərin sayı daha 2 min azaldı – Rayonlar üzrə tam siyahı

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bu jurnalistlərə hökm oxundu

"Kalaşnikov" yeni yüngül pulemyotların istehsalına başlayacaq

Ağstafada bu qurumda PULLAR SİLİNİR - İTTİHAM VAR...

Ermənilər ABŞ səfirliyi qarşısında aksiya keçirdilər

İnsanın nə qədər yuxuya ehtiyacı var?

Müasir poeziyamızda Xalidə Hicran yolu

İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı

"Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi

40 yaşlı avstraliyalı kişi 100 gündür süni titan ürəklə yaşayır

Həkimlər geri qaytardığı üçün maşında doğuş edibmiş... - VİDEO

Əli Kərimlinin mühafizəçisi saxlanıldı

Hansı idmanla neçə kalori sərf etmək olar?..

Sabahın hava proqnozu

Dünyanın “ən eybəcər balığı” “ilin balığı” elan olundu

Polis Türkiyə İşçi Partiyasının üzvlərini saxlayıb – Erkan Baş

Azərbaycan neftinin qiyməti cüzi bahalanıb

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi

Suriya Rusiyadan Əsədi təhvil verməsini istəyir

Tətil günlərində qiymətlər artıb?

Saziş imzalayan kimi ictimaiyyətə açıqlanacaq

Niyazi Bayramovun YARITMAZ İŞİ VƏ... - əziyyət çəkən sakinlər...

Yerin dərinliklərində bir neçə okeanı var: Onlar vulkan püskürmələrinə nəzarət edir

Əhalinin nəzərinə: Bakıda gələn aydan böyük söküntü başlayır

Tramp meydan oxudu: Müharibəyə hazırıq

Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərdi

DİN növbəti dəfə vətəndaşlara müraciət etdi - VİDEO

Bütün xəbərlər