gundem / Cəmiyyət
12.02.2025, 16:45
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edildi
Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.
Nazirlikdən "DogruXeber.az"a bildirilib ki, o, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.
Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.