gundem / iqtisadiyyat / Cəmiyyət
18.02.2025, 11:30
Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin laboratoriya binasının tikintisi üzrə layihələndirmə işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
"Dogruxeber.az"ın Pravda.az-a istinadən xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğvetmə qərarında səbəbi açıqlamayıb.
Tenderin ümumi dəyəri 189 901 AZN təşkil edib.