gundem / hadise / Cəmiyyət
18.02.2025, 16:00
Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü
İsmayıllı rayonunda ölümlə nəticələn hadisə baş verib.
"DogruXeber.az" Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 17-də saat 16 radələrində Muğanlı-İsmayıllı-Qəbələ yolunda Körpü-Bina-Tikinti MMC tərəfindən yenidənqurma işləri aparılarkən Buynuz kəndinin ərazisində baş verib.
Tikintidə çalışan Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Rəşad Nadir oğlu Eminov armaturların üzərinə aşması nəticəsində ölüb.
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.