İcra hakimiyyətinin yeni idarəçilik üslubu - 15 min rüşvətin ardından... // VİDEO+FOTO

Xaçmaz "xan"ı Elnur Rzayev və onun "vəzir-vəkillər"i "klassik məmur taktikası" ilə onlardan şikayətçi olan Xaçmaz sakinlərini "tək-tək ovlamağa" başlayıblar.

"DogruXeber.az" bildirir ki, bir neçə gün əvvəl Xaçmaz Rayon sakini Şaiq Şükürov tərəfindən redaksiyamıza göndərilən videogörüntünü TikTok sosial hesabımızda paylaşmışdıq. Hansı ki, həmin videogörüntülərdə İbrahim Nəcəfov adlı Xaçmaz sakini ona məxsus iaşə obyektinin tikintisinin yerli icra hakimiyyəti tərəfindən dayandırıldığından, davam etdirməsi üçün ondan 15. 000.(on beş min) manat rüşvət tələb olunduğundan şikayətlənərək, artıq intihar etmək istədiyini deyirdi.

Biz bu görüntüləri sosial hesabımızda paylaşdıqdan sonra isə elə Nəcəfov özü şərh bölməsində hətta, "bu videonu görən kimi aidiyyatı qurumlar dərhal işə başladı amma yenə gələn fövqəladənin söküntü qərarı oldu,başqa hamı yatıb deyəsən hələ" sözlərini yazıb.

İcra hakimiyyətinin yeni idarəçilik üslubu - 15 min rüşvətin ardından... // VİDEO+FOTO

Ötən gün isə həmin videonun müəllifi və qəhrəmanı İbrahim Nəcəfov agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımına bağlanaraq, həmin görüntülərin silinməsini istəyib.



Artıq heç bir probleminin və heç kimdən şikayətinin olmadığını deyən sakin İbrahim Nəcəfov hansı məntiqi əsasla, nəyin sübutu kimi deyə bilmərik, amma adını sübut qoyduğu bu fotonu təqdim edərək, Anar müəllim barəsində ağız dolusu ümidli cümlələr qurdu.

İcra hakimiyyətinin yeni idarəçilik üslubu - 15 min rüşvətin ardından... // VİDEO+FOTO

Anar müəllim dediyi şəxs isə Elnur Rzayevin birinci müavini Anar Orucludur.

Görünür, Anar Oruclu şəhid qardaşının tikintisinə icazə verib, hətta yardım edib, sonra əlindən alan Suraxanı rayonunun icra başçısı Adil Əliyevin metodundan istifadə edərək, İbrahim Nəcəfovu ələ alıb. Ona tikintisinə icazə veriləcəyi vədini verərək, qarşılığında canlı yayıma bağlanıb, "Mən o görüntüləri özüm üçün çəkmişdim, xahiş edirəm, silin" cümləsini səsləndirməsi şərtini kəsib.

Yoxsa, Elnur Rzayev və onun "əyan əşrəfi"nin vətəndaş probleminə həssas olmadıqları gerçəyi hamıya məlumdur. Aslanoba kənd sakini - şəhid anası Qocayeva Əfilə Əlibaba qızı illərdir icra hakimiyyəti binasına gedib-gəldiyini, bügünə qədər nəinki şəhid ailəsi olaraq mənzillə təmin olunmadığını, hətta yerli icra hakimiyyəti tərəfindən adının mənzil növbəsinə qeydiyyata alınmadığını, dəfələrlə müraciət etməsinə baxmayaraq şəhid balasının məzar daşının düzəldilmədiyini bir neçə dəfə "Kanal14"ün canlı yayımında göz yaşları içində təkrar səsləndirib. Yerli icra hakimiyyəti tərəfindən bircə dəfə də olsun heçolmasa təsəlli üçün qapısının açılmadığını deyən Əfilə ana Elnur Rzayev tərəfindən ona ümumiyyətlə heç bir köməklik göstərilmədiyini deyir.

Şəhid anası icra hakimiyyətindən narazıdır - VİDEO
Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Şəhid anasına hayqırtılarına, çırpıntılarına rəğmən, saysız-hesabsız müraciətlərinə rəğmən məhəl qoymayan Xaçmaz icra hakimiyyətinin qanunsuz tikintisinə icazə vermək üçün 15 min manat rüşvət tələb etdiyi İbrahim Nəcəfova qarşı "humanist" addım atma istəyi ağıla batan deyil.

Bəlli ki, Nəcəfovun dilindən ox kimi çıxan "rüşvət iddiası" Cənab Rzayevin "mərhəmət damarının yanından keçib".

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 1 059

Son xəbərlər

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Barselonada həyat istiyə görə dözülməz hala gəlir: ''sığınacaqlar'' inşa ediləcək

Kreditlə yaşayan ölkə – Azərbaycanlılar niyə borcla nəfəs alır?

Bütün xəbərlər