gundem / Təhsil / Cəmiyyət
5.03.2025, 14:45
Təhsil İnstitutunda yeni təyinat
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə yeni təyinat olub.
"DogruXeber.az" xəbər verir ki, Mətləb Əsgər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinə direktor müavini təyin olunub.
O, 2012-2024-cü illərdə SOCAR-ın müxtəlif idarələrində insan resursları, işə qəbul, öyrənmə və təlimlərin idarə edilməsi sahələrində, 2024-cü ildə isə Yaponiyanın “SANKYU” şirkətində təlim üzrə menecer vəzifəsində çalışıb.